Tarix:08/07/15
Bu fikri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev söyləyib. A.Əliyev bu gün Bakıda keçirilən GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 22-ci iclasında etdiyi çıxışında elektron ticarət və e-hökumətin əhəmiyyətindən danışıb.
O bildirib ki, XXI əsrin əsas inkişaf meyillərindən olan elektron ticarət, onun dövriyyəsi və E-hökumət dövlətlərin əsas inkişaf göstəricilərindən birinə çevrilib. Azərbaycanda e-hökumət çərçivəsində böyük işlərin görüldüyünü, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektronlaşdırıldığını vurğulayan A.Əliyev sədri olduğu komitənin də sözügedən istiqamətdə mühüm addımlar atdığını diqqətə çatdırıb.
“Ölkədə elektron xidmətlərin bir neçə ildir vüsət almasına baxmayaraq, artıq e-hökumət çərçivəsində 14 dövlət orqanı ilə işləyirik” – deyən A.Əliyev vətəndaşlar tərəfindən edilən elektron müraciətlərdən də söz açıb.
O qeyd edib ki, cari ilin ilk altı ayı ərzində Azərbaycanda məhsulların gömrük təmizlənməsi üzrə 105 min elektron müraciət qeydə alınıb. Bu rəqəmin az göstərici olmadığını və elektron müraciətlərin sayının getdikcə artacağının gözlənildiyini söyləyən komitə sədri əlavə edib ki, bu vaxta qədər gömrük xidmətləri üzrə ümumilikdə 433 mindən çox elektron müraciət qeydə alınıb:
“Hesab edirik ki, ölkədə elektron hökumətin genişlənməsi əhalinin ona olan marağını daha da artırıb”.
SEYMUR
Aydın Əliyev: “Elektron hökumətin inkişafı olmadan biznesə yardım qeyri-mümkündür”
“Bu gün elektron hökumətin inkişafı olmadan biznesə yardım qeyri-mümkündür”.Bu fikri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev söyləyib. A.Əliyev bu gün Bakıda keçirilən GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 22-ci iclasında etdiyi çıxışında elektron ticarət və e-hökumətin əhəmiyyətindən danışıb.
O bildirib ki, XXI əsrin əsas inkişaf meyillərindən olan elektron ticarət, onun dövriyyəsi və E-hökumət dövlətlərin əsas inkişaf göstəricilərindən birinə çevrilib. Azərbaycanda e-hökumət çərçivəsində böyük işlərin görüldüyünü, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektronlaşdırıldığını vurğulayan A.Əliyev sədri olduğu komitənin də sözügedən istiqamətdə mühüm addımlar atdığını diqqətə çatdırıb.
“Ölkədə elektron xidmətlərin bir neçə ildir vüsət almasına baxmayaraq, artıq e-hökumət çərçivəsində 14 dövlət orqanı ilə işləyirik” – deyən A.Əliyev vətəndaşlar tərəfindən edilən elektron müraciətlərdən də söz açıb.
O qeyd edib ki, cari ilin ilk altı ayı ərzində Azərbaycanda məhsulların gömrük təmizlənməsi üzrə 105 min elektron müraciət qeydə alınıb. Bu rəqəmin az göstərici olmadığını və elektron müraciətlərin sayının getdikcə artacağının gözlənildiyini söyləyən komitə sədri əlavə edib ki, bu vaxta qədər gömrük xidmətləri üzrə ümumilikdə 433 mindən çox elektron müraciət qeydə alınıb:
“Hesab edirik ki, ölkədə elektron hökumətin genişlənməsi əhalinin ona olan marağını daha da artırıb”.
SEYMUR
Baxış sayı: 664
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır