Tarix:09/07/15
Bu, ADİU üçün biznesin idarə edilməsi üzrə proqram heyəti və magistrant mübadiləsinə, akademik əməkdaşlığa və dünyanın qabaqcıl universitetləri ilə qarşılıqlı əlaqələrin inkişafına geniş imkanlar yaradır.
81 ölkədən 800-dən artıq akademik təşkilat, biznes və dövlət qurumlarının birləşdiyi EFMD idarəetmənin inkişafı sahəsində informasiya mübadiləsi, tədqiqatların aparılması, qabaqcıl təcrübə mübadiləsi, iqtisadiyyat təmayüllü təhsil müəssisələrinin rasionallaşdırılması üzrə yeganə təşkilatdır.
EFMD dünyanın aparıcı təhsil sistemlərinin standartlarına cavab verən biznes məktəblərinin, biznes təhsili proqramlarının, korporativ universitetlərin və texnologiyalara əsaslanan tədris proqramlarının qiymətləndirilməsi üzrə akkreditasiya xidmətlərini həyata keçirir. İsveçrənin Cenevrə şəhərində yerləşən EFMD Qlobal isə Avropa və digər regionlarda 700-dən çox üzvü olan biznes məktəbləri, universitetlər və şirkətlər şəbəkəsidir.
Eləcə də ilk dəfə olaraq, Azərbaycan Texniki Universitetinin 4, Sumqayıt Dövlət Universitetinin 3 və Dövlət Neft Akademiyasının 3 ixtisası Avropa Akkreditasiya Agentliyinin (ASİİN) sertifikatı ilə təmin edilib.
Təhsil Nazirliyindən qeyd edilib ki, seçilmiş üç ali məktəbin beynəlxalq akkreditasiyadan keçirilmiş ixtisasları aşağıdakılardır:
Bakalavr təhsili:
Magistr təhsili:
Göstərilən ixtisaslar üçün yeni yaradılmış məzmun Avropanın aparıcı ali məktəblərində tətbiq olunmuş ixtisaslara uyğun hazırlanıb.
Akkreditasiyanı təsdiq edən sertifikatlar iyul ayının 23-də hər üç universitetə rəsmi şəkildə göndəriləcək.
Həqiqət İSABALAYEVA
İlk dəfə olaraq Azərbaycan Texniki Universitetinin 4 ixtisası Avropa Akkreditasiya Agentliyinin sertifikatı ilə təmin edilib
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) MBA Departamenti İdarəetmənin İnkişafı üzrə Avropa Fonduna (EFMD) və həmin fondun Qlobal şəbəkəsinə (EFMD Qlobal) tam üzvlüyə qəbul edilib.Bu, ADİU üçün biznesin idarə edilməsi üzrə proqram heyəti və magistrant mübadiləsinə, akademik əməkdaşlığa və dünyanın qabaqcıl universitetləri ilə qarşılıqlı əlaqələrin inkişafına geniş imkanlar yaradır.
81 ölkədən 800-dən artıq akademik təşkilat, biznes və dövlət qurumlarının birləşdiyi EFMD idarəetmənin inkişafı sahəsində informasiya mübadiləsi, tədqiqatların aparılması, qabaqcıl təcrübə mübadiləsi, iqtisadiyyat təmayüllü təhsil müəssisələrinin rasionallaşdırılması üzrə yeganə təşkilatdır.
EFMD dünyanın aparıcı təhsil sistemlərinin standartlarına cavab verən biznes məktəblərinin, biznes təhsili proqramlarının, korporativ universitetlərin və texnologiyalara əsaslanan tədris proqramlarının qiymətləndirilməsi üzrə akkreditasiya xidmətlərini həyata keçirir. İsveçrənin Cenevrə şəhərində yerləşən EFMD Qlobal isə Avropa və digər regionlarda 700-dən çox üzvü olan biznes məktəbləri, universitetlər və şirkətlər şəbəkəsidir.
Eləcə də ilk dəfə olaraq, Azərbaycan Texniki Universitetinin 4, Sumqayıt Dövlət Universitetinin 3 və Dövlət Neft Akademiyasının 3 ixtisası Avropa Akkreditasiya Agentliyinin (ASİİN) sertifikatı ilə təmin edilib.
Təhsil Nazirliyindən qeyd edilib ki, seçilmiş üç ali məktəbin beynəlxalq akkreditasiyadan keçirilmiş ixtisasları aşağıdakılardır:
Bakalavr təhsili:
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Avtomatlaşdırma və informasiya texnikası);
- Elektroenergetika mühəndisliyi;
Magistr təhsili:
- Proseslərin avtomatlaşdırılması;
- Elektroenergetika;
- Neft sənayesi enerji menecmenti;
- Kimya sənayesi enerji menecmenti;
Göstərilən ixtisaslar üçün yeni yaradılmış məzmun Avropanın aparıcı ali məktəblərində tətbiq olunmuş ixtisaslara uyğun hazırlanıb.
Akkreditasiyanı təsdiq edən sertifikatlar iyul ayının 23-də hər üç universitetə rəsmi şəkildə göndəriləcək.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 585
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır