Tarix:12/09/11
Yeni proqram təminatı sayəsində rəqəmsal məzmun naşirlərinə mobil qurğu istifadəçiləri üçün saytların müxtəlif versiyalarını yaratmağa ehtiyac olmayacaq. “Flash Media Server”in dəyəri 995 dollar təşkil edir.
“Flash Media Server”in yeni versiyası müştəri qurğusunda “Flash” texnologiyası üzrə axın videosunu qəbul etməyin qeyri-mümkünlüyünü aşkar etdikdə onu “TTP Live Streaming” (HLS) formatında translyasiya edir.
Bu format “iOS” və “QuickTime”-də istifadə olunur, həmçinin “Safari” də daxil olmaqla, müasir veb-səyyahlar tərəfindən dəstəklənir. Lakin indiki halda söhbət yalnız axın videosundan gedir; belə ki “Flash” əsasında olan oyun və reklamlar əvvəlki kimi “iOS” qurğularda işləməyəcək.
3 il ərzində “Apple” şirkəti “iOS”-a “Flash” dəstəyini əlavə etmədi və şirkətin sabiq rəhbəri Stiv Cobs dərc etdiyi açıq məktubda bu texnologiyanı tənqid edib. O izah edib ki, “Flash” texnologiya mobil qurğular üçün əlverişli deyil, çünki akkumulyatoru tez “yatırdır” .
“Flash”-ın digər vacib aspekti təhlükəsizliklə bağlıdır. "Kasperski Laboratoriyası"nın məlumatına əsasən, 2011-ci ilin ikinci rübündə bu şirkət tərəfindən aşkar edilmiş 10 kritik zəiflikdən 7-si məhz “Flash”-da tapılıb.
“Adobe”-un əsas arqumenti odur ki, “Flash” ən məşhur veb-texnologiyalardan biridir və şirkət əmindir ki, 2012-ci ildə yeni smartfonların yarıdan çoxu onu dəstəkləyəcəklər. Ancaq Cobsun fikrincə, texnologiyanı əvəz etmək olar: videonu “H.264” formatına translyasiya edərək oyun və reklamları isə “HTML5” və “JavaScript” açıq standartları əsasında yaratmaq olar.
“Adobe” şirkəti “Apple”-a tabe oldu
“Adobe Systems iOS” əsasında olan qurğulara axın “Flash” videosunun ötürülməsini həyata keçirməyə imkan yaradan “Flash Media Server 4.5” proqram təminatının çıxışını elan edib.Yeni proqram təminatı sayəsində rəqəmsal məzmun naşirlərinə mobil qurğu istifadəçiləri üçün saytların müxtəlif versiyalarını yaratmağa ehtiyac olmayacaq. “Flash Media Server”in dəyəri 995 dollar təşkil edir.
“Flash Media Server”in yeni versiyası müştəri qurğusunda “Flash” texnologiyası üzrə axın videosunu qəbul etməyin qeyri-mümkünlüyünü aşkar etdikdə onu “TTP Live Streaming” (HLS) formatında translyasiya edir.
Bu format “iOS” və “QuickTime”-də istifadə olunur, həmçinin “Safari” də daxil olmaqla, müasir veb-səyyahlar tərəfindən dəstəklənir. Lakin indiki halda söhbət yalnız axın videosundan gedir; belə ki “Flash” əsasında olan oyun və reklamlar əvvəlki kimi “iOS” qurğularda işləməyəcək.
3 il ərzində “Apple” şirkəti “iOS”-a “Flash” dəstəyini əlavə etmədi və şirkətin sabiq rəhbəri Stiv Cobs dərc etdiyi açıq məktubda bu texnologiyanı tənqid edib. O izah edib ki, “Flash” texnologiya mobil qurğular üçün əlverişli deyil, çünki akkumulyatoru tez “yatırdır” .
“Flash”-ın digər vacib aspekti təhlükəsizliklə bağlıdır. "Kasperski Laboratoriyası"nın məlumatına əsasən, 2011-ci ilin ikinci rübündə bu şirkət tərəfindən aşkar edilmiş 10 kritik zəiflikdən 7-si məhz “Flash”-da tapılıb.
“Adobe”-un əsas arqumenti odur ki, “Flash” ən məşhur veb-texnologiyalardan biridir və şirkət əmindir ki, 2012-ci ildə yeni smartfonların yarıdan çoxu onu dəstəkləyəcəklər. Ancaq Cobsun fikrincə, texnologiyanı əvəz etmək olar: videonu “H.264” formatına translyasiya edərək oyun və reklamları isə “HTML5” və “JavaScript” açıq standartları əsasında yaratmaq olar.
Baxış sayı: 1924
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır