12px13px15px17px
Tarix:09/07/15

Ödəniş kartından istifadə edilməklə törədilən cinayətlə bağlı QƏRAR

Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair qərar qəbul edib.

 

Məhkəmədən Publika.az-a verilən məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə Plenumun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

 

İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

 

Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsindəki “elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə törədilməsi” müddəasının hansı hallara şamil olunması ilə bağlı məhkəmə təcrübəsində fikir ayrılığı olduğundan, həmin maddənin şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir. Ona görə də Konstitusiya Məhkəməsindən həmin maddənin şərh olunmasını istəyib.

 

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim M.Muradovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

 

Qərarda deyilir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır.

 

 





Baxış sayı: 669

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024