Tarix:09/07/15
Həmyerlimizin həmtəsisçisi və əsas səhmdarlarından olduğu “Eurekite” şirkəti ABŞ-ın “Cottonwood” investisiya şirkəti tərəfindən 2.5 milyon avro qiymətləndirmədə 1 milyon avro investisiya müqaviləsi imzalayıb. B.Məmmədov bu uğurla bağlı danışarkən bildirib ki, “Eurekite” şirkəti Avropanın ən böyük nanotexnologiya institutu olan “Mesa+” Nanotexnologiyalar İnstitutundan törəmə şirkətdir.
Onun sözlərinə görə, şirkətin əsas istiqaməti nanomaterial əsasında yeni tip elektron cihazları hazırlamaqdır. Şirkət öz texnologiyalarından istifadə edərək yeni tip temperatura davamlı sensorların və millimetr dalğa uzunluğunda işləyən radar texnologiyalarının inkişaf etdirilməsi ilə məşğuldur. Bir çox şirkət ideyalarımız və şirkətimiz haqqında maraqlandı. Bir neçə şirkət öz investisiyalarını təklif etsə də, sonda “Cottonwood”la anlaşdıq.
“Cottonwood” investisiya şirkəti tərəfindən qoyulan sərmayə şirkətin beynəlxalq səviyyədə partnyorlar tapmasına və tez bir zamanda məhsulun beynəlxalq bazara çıxmasına zəmin yaradacaq. İlkin razılaşmaya əsasən bir ildən sonra 10-20 milyon avro arası 2-ci mərhələ investisiyanın olması gözlənilir. Nanotexnologiya Azərbaycanda inkişaf etməyib, amma çalışacağam ki, şirkət daha da güclənəndən sonra Azərbaycana da öz töhfəmi verim”.
Qeyd edək ki, Bəhruz Məmmədov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olub. Karyerasına “Buxar” şirkətlər qrupunda kimyaçı vəzifəsində başlayıb. 2009-cu ildə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat şirkətində kimyaçı kimi çalışıb. Qısa müddətdə Əməliyyat işləri üzrə mühəndis və istehsalat işləri aparıcı mühəndisi vəzifəsinə yüksəlib.
2012-ci ildə Niderland Krallığının “Twente” Universitetində Kimya mühəndisliyi fakültəsində magistr təhsilinə başlayıb. 2014-cü ildə dünyanın ən böyük kimya şirkəti olan BASF-da nanokatalizatorların sintezi üzrə mühəndis köməkçisi vəzifəsində çalışıb. 2014-cü ilin oktyabr ayında həmtəsisçi olaraq “Eurekite” şirkətinin əsasını qoyub. O, hazırda “Eurikte” şirkətinin əsas səhmdarlarından biri olmaqla yanaşı, maliyyə və əməliyyat işləri üzrə direktor vəzifəsində çalışır.
Bəhruz Məmmədov ilk azərbaycanlı gəncdir ki, nanotexnologiya sahəsində beynəlxalq şirkətin əsasını qoyub. DJB-nin İdarə Heyətinin üzvü olan Bəhruz Məmmədov Azərbaycanla bağlı keçirilən beynəlxalq tədbirlərdə də ölkəmizi uğurla təmsil edir.
SEYMUR
Azərbaycanlı gənc Hollandiyada yüksək texnologiyalar üzrə uğura imza atıb
Hollandiyada yüksək texnologiyalar üzrə araşdırmalar aparan azərbaycanlı Bəhruz Məmmədov çox böyük uğura imza atıb.Həmyerlimizin həmtəsisçisi və əsas səhmdarlarından olduğu “Eurekite” şirkəti ABŞ-ın “Cottonwood” investisiya şirkəti tərəfindən 2.5 milyon avro qiymətləndirmədə 1 milyon avro investisiya müqaviləsi imzalayıb. B.Məmmədov bu uğurla bağlı danışarkən bildirib ki, “Eurekite” şirkəti Avropanın ən böyük nanotexnologiya institutu olan “Mesa+” Nanotexnologiyalar İnstitutundan törəmə şirkətdir.
Onun sözlərinə görə, şirkətin əsas istiqaməti nanomaterial əsasında yeni tip elektron cihazları hazırlamaqdır. Şirkət öz texnologiyalarından istifadə edərək yeni tip temperatura davamlı sensorların və millimetr dalğa uzunluğunda işləyən radar texnologiyalarının inkişaf etdirilməsi ilə məşğuldur. Bir çox şirkət ideyalarımız və şirkətimiz haqqında maraqlandı. Bir neçə şirkət öz investisiyalarını təklif etsə də, sonda “Cottonwood”la anlaşdıq.
“Cottonwood” investisiya şirkəti tərəfindən qoyulan sərmayə şirkətin beynəlxalq səviyyədə partnyorlar tapmasına və tez bir zamanda məhsulun beynəlxalq bazara çıxmasına zəmin yaradacaq. İlkin razılaşmaya əsasən bir ildən sonra 10-20 milyon avro arası 2-ci mərhələ investisiyanın olması gözlənilir. Nanotexnologiya Azərbaycanda inkişaf etməyib, amma çalışacağam ki, şirkət daha da güclənəndən sonra Azərbaycana da öz töhfəmi verim”.
Qeyd edək ki, Bəhruz Məmmədov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olub. Karyerasına “Buxar” şirkətlər qrupunda kimyaçı vəzifəsində başlayıb. 2009-cu ildə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat şirkətində kimyaçı kimi çalışıb. Qısa müddətdə Əməliyyat işləri üzrə mühəndis və istehsalat işləri aparıcı mühəndisi vəzifəsinə yüksəlib.
2012-ci ildə Niderland Krallığının “Twente” Universitetində Kimya mühəndisliyi fakültəsində magistr təhsilinə başlayıb. 2014-cü ildə dünyanın ən böyük kimya şirkəti olan BASF-da nanokatalizatorların sintezi üzrə mühəndis köməkçisi vəzifəsində çalışıb. 2014-cü ilin oktyabr ayında həmtəsisçi olaraq “Eurekite” şirkətinin əsasını qoyub. O, hazırda “Eurikte” şirkətinin əsas səhmdarlarından biri olmaqla yanaşı, maliyyə və əməliyyat işləri üzrə direktor vəzifəsində çalışır.
Bəhruz Məmmədov ilk azərbaycanlı gəncdir ki, nanotexnologiya sahəsində beynəlxalq şirkətin əsasını qoyub. DJB-nin İdarə Heyətinin üzvü olan Bəhruz Məmmədov Azərbaycanla bağlı keçirilən beynəlxalq tədbirlərdə də ölkəmizi uğurla təmsil edir.
SEYMUR
Baxış sayı: 645
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır