Tarix:10/07/15
Prosessorlar məntiqi zəncirlər formalaşdıran tranzistorlardan ibarədir. Tranzistorların ölçüsü nə qədər kiçik olsa, bir o qədər onlar çip kristalında çox yerləşər, mikrosxem daha çox əməliyyat yerinə yetirə bilər. Hazırda dünyanın əsas istehsalçıları çipləri 14 nanometrlik texnoloji proses üzrə hazırlamaqla 10 nanometrlik tranzistorların istehsalına keçidi planlaşdırırlar.
“IBM” nümayəndələrinin sözlərinə görə, şirkətin yeni prosessorlarında 7 nanometrlik hündürlükdə tranzistorlardan istifadə olunur. Bunu daha yaxşı başa düşmək üçün qeyd edək ki, insan DNK-sı zəncirinin diametri 2,5 nanometr, eritrosit diametri 7500 nanometr təşkil edir.
Bu normaya keçmək tranzistor konstruksiyasında mikroçiplərin hazırlanması üçün ənənəvi material olan xalis silisium əvəzinə silisium ərintisinin və germaniumun tətbiqi sayəsində mümkün olub.
“IBM” nümayəndələri qeyd edib ki, adi ölçülü prosessorlara 20 milyarddan çox 7 nanometrlik tranzistor yerləşə bilər, halbuki "iPhone 6” smartfonunun prosessoru 2 milyard tranzistorla təchiz edilib, ən güclü 18 nüvəli “Intel Xeon” server prosessoru isə 5,5 milyard tranzistora malikdir.
Silisium ərintisinin tətbiqi də tranzistorların daha yüksək sürətlə dəyişməsinə və çipin müasir nümunələrlə müqayisədə enerji sərfiyyatını xeyli azaltmağa imkan verib.
“IBM” şirkətinin uğuru praktikada Mur qanununu bir daha təsdiq edib. Qanuna görə, inteqral sxem kristalında yerləşən tranzistorların sayı hər iki ildə iki dəfə artır, - "CNews” yazır.
“IBM” dünyanın ilk 7 nanometrlik tranzistorlu çiplərini təqdim edib
“IBM” şirkəti rekord sıxlığa malik tranzistorlu çiplər hazırlamasını bəyan edib. Çiplər bütün mövcud nümunələri üstələyir.Prosessorlar məntiqi zəncirlər formalaşdıran tranzistorlardan ibarədir. Tranzistorların ölçüsü nə qədər kiçik olsa, bir o qədər onlar çip kristalında çox yerləşər, mikrosxem daha çox əməliyyat yerinə yetirə bilər. Hazırda dünyanın əsas istehsalçıları çipləri 14 nanometrlik texnoloji proses üzrə hazırlamaqla 10 nanometrlik tranzistorların istehsalına keçidi planlaşdırırlar.
“IBM” nümayəndələrinin sözlərinə görə, şirkətin yeni prosessorlarında 7 nanometrlik hündürlükdə tranzistorlardan istifadə olunur. Bunu daha yaxşı başa düşmək üçün qeyd edək ki, insan DNK-sı zəncirinin diametri 2,5 nanometr, eritrosit diametri 7500 nanometr təşkil edir.
Bu normaya keçmək tranzistor konstruksiyasında mikroçiplərin hazırlanması üçün ənənəvi material olan xalis silisium əvəzinə silisium ərintisinin və germaniumun tətbiqi sayəsində mümkün olub.
“IBM” nümayəndələri qeyd edib ki, adi ölçülü prosessorlara 20 milyarddan çox 7 nanometrlik tranzistor yerləşə bilər, halbuki "iPhone 6” smartfonunun prosessoru 2 milyard tranzistorla təchiz edilib, ən güclü 18 nüvəli “Intel Xeon” server prosessoru isə 5,5 milyard tranzistora malikdir.
Silisium ərintisinin tətbiqi də tranzistorların daha yüksək sürətlə dəyişməsinə və çipin müasir nümunələrlə müqayisədə enerji sərfiyyatını xeyli azaltmağa imkan verib.
“IBM” şirkətinin uğuru praktikada Mur qanununu bir daha təsdiq edib. Qanuna görə, inteqral sxem kristalında yerləşən tranzistorların sayı hər iki ildə iki dəfə artır, - "CNews” yazır.
Baxış sayı: 844
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır