Tarix:10/07/15
“IDC” ekspertləri tərəfindən müntəzəm yenilənən “Worldwide Quarterly PC Tracker”in hesabatına görə, 2015-ci ilin aprel-iyununda fərdi kompüterlərin qlobal miqyasda tədarükü 66,1 milyon ədəd təşkil edib ki, bu da bir il əvvəldən 11,8 faiz azdır. Mütəxəssislər azalmanın 10,8 faiz səviyyəsində olacağını gözləyirdilər.
Güclü mənfi dinamika daha çox onunla əlaqədardır ki, 2014-cü ilin ikinci rübündə “Windows XP” əməliyyat sisteminin rəsmi dəstəyinin başa çatmasına görə fərdi kompüterlərə yüksək tələbat olub. Bundan başqa, hazırda istehlakçılar və şirkətlər fərdi kompüter və noutbuk almağa tələsməyərək yeni “Windows 10” əməliyyat sisteminin çıxmasını gözləyirlər.
Kompüter sahəsinə mənfi təsir göstərən amillərdən biri də valyuta məzənnələrinin dəyişməsidir ki, bunun da nəticəsində fərdi kompüterlər əksər ölkələrdə bahalaşıb.
Hesabatdan həmçinin məlum olub ki, ABŞ kompüter bazarının həcmi 2015-ci ilin ikinci rübündə illik hesablamada təxminən 3,3 faiz azalaraq 16,4 milyon ədəd təşkil edib. Qeyd olunur ki, azalma “Apple”və“Lenovo” markalı qurğuların satışında artım olmasaydı, daha yüksək ola bilərdi. Digər iri şirkətlərdə fərdi kompüterlərin satış həcmi aşağı düşüb.
Ötən rübdə EMEA (Avropa, Yaxın Şərq, Afrika) regionunda tələbatın az olması və anbar ehtiyatlarının çoxalması qeydə alınıb. İstehsalçılar satılmayan mallardan yaxa qurtarmaqda davam edərək məktəb mövsümünə və "Windows 10”-un çıxmasına hazırlaşıblar. Dolların məzənnəsinin yüksək olması regionda fərdi kompüterlərin qiymətinin artmasına səbəb olub ki, bu da istehlakçıların və korporativ müştərilərin alıcılıq qabiliyyətinə təsir edib, - "DailyComm” yazır.
Fərdi kompüterlərin satışı gözlənildiyindən daha çox azalıb
İkinci rübdə dünya kompüter sahəsinin həcmi "International Data Corporation” (IDC) analitik şirkətinin proqnozlaşdırdığı həcmdən daha çox azalıb.“IDC” ekspertləri tərəfindən müntəzəm yenilənən “Worldwide Quarterly PC Tracker”in hesabatına görə, 2015-ci ilin aprel-iyununda fərdi kompüterlərin qlobal miqyasda tədarükü 66,1 milyon ədəd təşkil edib ki, bu da bir il əvvəldən 11,8 faiz azdır. Mütəxəssislər azalmanın 10,8 faiz səviyyəsində olacağını gözləyirdilər.
Güclü mənfi dinamika daha çox onunla əlaqədardır ki, 2014-cü ilin ikinci rübündə “Windows XP” əməliyyat sisteminin rəsmi dəstəyinin başa çatmasına görə fərdi kompüterlərə yüksək tələbat olub. Bundan başqa, hazırda istehlakçılar və şirkətlər fərdi kompüter və noutbuk almağa tələsməyərək yeni “Windows 10” əməliyyat sisteminin çıxmasını gözləyirlər.
Kompüter sahəsinə mənfi təsir göstərən amillərdən biri də valyuta məzənnələrinin dəyişməsidir ki, bunun da nəticəsində fərdi kompüterlər əksər ölkələrdə bahalaşıb.
Hesabatdan həmçinin məlum olub ki, ABŞ kompüter bazarının həcmi 2015-ci ilin ikinci rübündə illik hesablamada təxminən 3,3 faiz azalaraq 16,4 milyon ədəd təşkil edib. Qeyd olunur ki, azalma “Apple”və“Lenovo” markalı qurğuların satışında artım olmasaydı, daha yüksək ola bilərdi. Digər iri şirkətlərdə fərdi kompüterlərin satış həcmi aşağı düşüb.
Ötən rübdə EMEA (Avropa, Yaxın Şərq, Afrika) regionunda tələbatın az olması və anbar ehtiyatlarının çoxalması qeydə alınıb. İstehsalçılar satılmayan mallardan yaxa qurtarmaqda davam edərək məktəb mövsümünə və "Windows 10”-un çıxmasına hazırlaşıblar. Dolların məzənnəsinin yüksək olması regionda fərdi kompüterlərin qiymətinin artmasına səbəb olub ki, bu da istehlakçıların və korporativ müştərilərin alıcılıq qabiliyyətinə təsir edib, - "DailyComm” yazır.
Baxış sayı: 733
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır