12px13px15px17px
Tarix:10/07/15

2019-cu ildə daşınan elektronikanın tədarükü 148 milyon ədədə çatacaq

“BI Intelligence” şirkəti yaxın gələcəkdə daşınan elektronikanın populyarlığının artacağını proqnozlaşdırır.

Şirkət mütəxəssislərinin qiymətləndirməsinə görə, növbəti beş ildə bədəndə daşınan qurğular bazarının həcmi orta hesabla ildə 35 faiz artacaq. 2015-ci ildə qurğuların tədarükü 33 milyon ədədə çatacaq, 2019-cu ildə 148 milyonadək artacaq.
 
Bildirilir ki, bazarda ən böyük kateqoriya “ağıllı” saatlar olmaqla "Apple Watch” liderlik edəcək. Ekspertlərin proqnozuna görə, 2015-ci ildə “smart” saatların daşınan elektronikanın ümumi tədarük həcmində payı 59 faiz təşkil edəcək, 2019-cu ildə 70 faizədək yüksələcək. Bu halda “Apple Watch” cari ildə kompüterləşmiş saatlar bazarının 40 faizini, 2017-ci ildə 48 faizini tuta bilər. Həmçinin qeyd olunur ki, “ağıllı” saatların tədarükü yaxın beş ildə ümumilikdə ildə 41 faiz artacaq.
 
Şirkət mütəxəssisləri həmçinin daşınan qurğuların tətbiqinə mane olan amillər qeyd ediblər. Onların fikrincə, “smart” saatların kütləvi şəkildə yayılması üçün onlar tam müstəqil kompüterləşmiş qurğuya çevrilməlidir. Bundan başqa, istehsalçılar saatların displeylərini və ümumilikdə qurğuların dizaynını tamamlamalı, batareyanın iş müddətini yaxşılaşdırmalı və onlar üçün çoxlu əlavələr yaratmalıdırlar, - "DailyComm” yazır. 
 



Baxış sayı: 503

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024