12px13px15px17px
Tarix:11/07/15

Bir ayda “Elektron hökumət” portalı üzərindən əldə olunan fərdi məlumatlar üzrə e-arayışların sayı 9 mini ötüb

“Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti iyun ayında “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan 20 elektron xidmətdən biri olub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay  sözügedən xidmətə 9201 dəfə müraciət edilib.
 
Hazırda   ölkəmizdə fəaliyyət göstərən bir sıra banklar bu elektron arayış əsasında kredit verirlər.
 
Qeyd edək ki, elektron arayış dövlət qurumlarının elektron informasiya ehtiyatları əsasında formalaşan elektron sənəddir,  bu sənəd “Elektron hökumət” portalı tərəfindən e-imza ilə imzalanır. 
 
CAHANGİR
 



Baxış sayı: 761

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024