Tarix:11/07/15
Gəncə şəhər Telekommunikasiya İdarəsinin baş mühəndisi Etibar Nəbiyev bildirib ki, Cavadxan qəsəbəsi çox böyük olduğundan (qəsəbə yeni salındığı üçün hələlik burada yerləşən mənzillərə ünvan verilməyib) orada telefon xəttinin şəbəkələşməsi tam başa çatdırılmayıb. Belə ki, “Multimedia xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq sözügedən yaşayış massivinin telefona və internetə olan tələbatını ödəmək məqsədi ilə 2048 nömrə tutumlu yeni Cavadxan qəsəbə ATS-i inşa edilib və ərazinin bir qismində telefon xətt şəbəkəsi qurulub. Layihə çərçivəsində 1000-dən çox telefon nömrəsinin vətəndaşlara verilməsinə hazırlıq görülüb və onların sakinlərə təqdim edilməsinə bu ayın 14-dən etibarən başlanılacaq.
Qeyd edək ki, sözügedən layihə Cavadxan qəsəbəsini tam əhatə etmədiyi, eləcə də bütün ərazini əhatə edəcək telefon xətt şəbəkəsinin olmadığı üçün yaşayış massivində yeni məskunlaşan bütün sakinlərin hər birini telefon nömrələri ilə təmin etmək mümkün olmayıb.
Lakin E.Nəbiyev bildirib ki, qəsəbənin layihəyə düşməyən hissəsində də telefon xətlərinin çəkilməsinə tələbat vardır və sözügedən hissədə də telefon xətt şəbəkəsinin qurulması prioritet istiqamətlərdəndir. Ona görə də hazırda icra olunan layihə başa çatdırıldıqdan sonra qəsəbənin digər hissələrinə də telefon xətlərinin çəkilməsi layihəsinə başlanılacaq.
Onun sözlərinə görə, 1000-dən çox telefon nömrəsi də məhz Cavadxan qəsəbəsinin digər hissəsində yerləşən mənzillər üçün nəzərdə tutulub. Baş mühəndis əlavə edib ki, bu layihələr icra olunduqdan sonra Cavadxan qəsəbəsində telefonlaşdırılmayan mənzil qalmayacaq.
Seymur Qasımbəyli
Gəncənin Cavadxan qəsəbəsi tam telefonlaşdırılacaq
Gəncə şəhərində yeni salınan Cavadxan qəsəbəsi telefonlaşdırılır. Adıçəkilən qəsəbədə tikilən 2048 nömrə tutumlu ATS yerli sakinlərin telefon rabitəsinə olan tələbatının ödənilməsinə hesablanıb.Gəncə şəhər Telekommunikasiya İdarəsinin baş mühəndisi Etibar Nəbiyev bildirib ki, Cavadxan qəsəbəsi çox böyük olduğundan (qəsəbə yeni salındığı üçün hələlik burada yerləşən mənzillərə ünvan verilməyib) orada telefon xəttinin şəbəkələşməsi tam başa çatdırılmayıb. Belə ki, “Multimedia xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq sözügedən yaşayış massivinin telefona və internetə olan tələbatını ödəmək məqsədi ilə 2048 nömrə tutumlu yeni Cavadxan qəsəbə ATS-i inşa edilib və ərazinin bir qismində telefon xətt şəbəkəsi qurulub. Layihə çərçivəsində 1000-dən çox telefon nömrəsinin vətəndaşlara verilməsinə hazırlıq görülüb və onların sakinlərə təqdim edilməsinə bu ayın 14-dən etibarən başlanılacaq.
Qeyd edək ki, sözügedən layihə Cavadxan qəsəbəsini tam əhatə etmədiyi, eləcə də bütün ərazini əhatə edəcək telefon xətt şəbəkəsinin olmadığı üçün yaşayış massivində yeni məskunlaşan bütün sakinlərin hər birini telefon nömrələri ilə təmin etmək mümkün olmayıb.
Lakin E.Nəbiyev bildirib ki, qəsəbənin layihəyə düşməyən hissəsində də telefon xətlərinin çəkilməsinə tələbat vardır və sözügedən hissədə də telefon xətt şəbəkəsinin qurulması prioritet istiqamətlərdəndir. Ona görə də hazırda icra olunan layihə başa çatdırıldıqdan sonra qəsəbənin digər hissələrinə də telefon xətlərinin çəkilməsi layihəsinə başlanılacaq.
Onun sözlərinə görə, 1000-dən çox telefon nömrəsi də məhz Cavadxan qəsəbəsinin digər hissəsində yerləşən mənzillər üçün nəzərdə tutulub. Baş mühəndis əlavə edib ki, bu layihələr icra olunduqdan sonra Cavadxan qəsəbəsində telefonlaşdırılmayan mənzil qalmayacaq.
Seymur Qasımbəyli
Baxış sayı: 852
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı