12px13px15px17px
Tarix:13/07/15

İnformasiya texnologiyaları üzrə terminoqrafiya fəaliyyəti davam etdirilir

İnformasiya texnologiyaları (İT) üzrə terminoqrafiya fəaliyyətinin həyata keçirilməsi, o cümlədən İT-nin müxtəlif istiqamətləri üzrə toplanmış ən müasir terminlərin seçilməsi, tərcümə edilməsi, təsnifi və sistemləşdirilməsi ilə bağlı işlər davam etdirilir.
 
Bu məqsədlə jurnal, konfrans materialları ilə yanaşı, “EBSCO”, “EBSCO ebooks”, “ACM DL”, “IEEE CS DL”, “Springer Link”, “Web of Knowledge”, “IOP publishing” elektron kitabxanalarda axtarış aparılıb. AMEA İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) qeyd edilib ki, bu haqda İTİ-nin 5 saylı şöbəsinin müdiri Səyyar Abdullayev məlumat verib.
 
Məruzəçi şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti, respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda məqalələrin dərci, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işlərinin həyata keçirilməsi ilə bağlı cari ildə görülmüş işləri diqqətə çatdırıb.
 
Qeyd edib ki, şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, o cümlədən kadr potensialının gücləndirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 546

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024