Tarix:13/07/15
Görüşdə MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın fəaliyyəti və beynəlxalq əlaqələri haqqında qonaqlara məlumat verib.
İlk olaraq qonaqlar kitabxananın sərgi, oxu zalları və akademiklər zalında yerləşən ilk hədiyyə kitab kolleksiyası ilə tanış olub, həmçinin akademiyanın yaranma tarixi, AMEA-nın sabiq prezidentləri olan 15 akademikin elmi-ictimai fəaliyyətləri barədə məlumatlandırılıb.
Sərgi zalında dünya ədəbiyyatının görkəmli nümayəndələrinin, Nobel mükafatı laureatlarının əsərlərinin Azərbaycan dilinə tərcümə edilmiş nəşrləri, müxtəlif dillərdə elmi nəşrlər, ensiklopediyalar, qonaqların marağına səbəb olub.
MEK-dən bildirilib ki, görüş zamanı, həmçinin “Milli Rəqəmsal Yaddaş” bazası üçün məlumatların əldə edilməsi və digər təklif olunanlar istiqamətində müştərək əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə xanım Dalsgaard da kitabxana ilə əməkdaşlıq səylərini əsirgəməyəcəyini söyləyib.
Həqiqət İSABALAYEVA
Danimarkanın Elm, Texnologiya və İnnovasiya Nazirliyinin “Rumudvalget” komitəsi ilə əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və qonaqları Danimarkanın Elm, Texnologiya və İnnovasiya Nazirliyinin “Rumudvalget” komitəsinin sədri, astrofizik alim prof.dr. Jeorgen Kristensen Dalsgaard və xanımı Danimarka Milli Kitabxanasının direktor müavini Birte Kristensen Dalsgaard AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.Görüşdə MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın fəaliyyəti və beynəlxalq əlaqələri haqqında qonaqlara məlumat verib.
İlk olaraq qonaqlar kitabxananın sərgi, oxu zalları və akademiklər zalında yerləşən ilk hədiyyə kitab kolleksiyası ilə tanış olub, həmçinin akademiyanın yaranma tarixi, AMEA-nın sabiq prezidentləri olan 15 akademikin elmi-ictimai fəaliyyətləri barədə məlumatlandırılıb.
Sərgi zalında dünya ədəbiyyatının görkəmli nümayəndələrinin, Nobel mükafatı laureatlarının əsərlərinin Azərbaycan dilinə tərcümə edilmiş nəşrləri, müxtəlif dillərdə elmi nəşrlər, ensiklopediyalar, qonaqların marağına səbəb olub.
MEK-dən bildirilib ki, görüş zamanı, həmçinin “Milli Rəqəmsal Yaddaş” bazası üçün məlumatların əldə edilməsi və digər təklif olunanlar istiqamətində müştərək əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə xanım Dalsgaard da kitabxana ilə əməkdaşlıq səylərini əsirgəməyəcəyini söyləyib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 619
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır