Tarix:13/07/15
İTİ-dən qeyd edilib ki, sözügedən şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində 11 mövzu üzrə tədqiqat işləri aparılıb.
Belə ki, sorğu əsasında mətnlərin avtomatik referatlaşdırılması və referatların avtomatik qiymətləndirilməsi üçün metod və alqoritmlər işlənilib, antiplagiat sistemlərinin elmi-nəzəri və texnoloji əsasları araşdırılıb, böyük həcmli verilənlərin intellektual analizi üçün metod və alqoritmlər işlənilib.
R. Alıquliyev Malaya Universiteti (Malayziya) ilə elmi əməkdaşlıq əlaqələri çərçivəsində 4 məqalənin hazırlandığını və bu əlaqələrin uğurla davam etdirildiyini, Avstraliya Federasiya Universiteti ilə elmi əməkdaşlığa başlandığını vurğulayıb.
İmpakt faktorlu jurnallarda 4, beynəlxalq bazalarda (SCOPUS, DBLP və s.) indeksləşən jurnallarda 4 məqalənin çap olunduğunu nəzərə çatdıran R.Alıquliyev, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji fəaliyyəti, beynəlxalq və respublika miqyaslı simpozium, elmi konfrans və digər elmi tədbirlərdə iştirakı və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verib.
Həqiqət İSABALAYEVA
Neft-qaz sənayesi üçün “Big Data” analizi texnologiyaları tədqiq edilib
Neft-qaz sənayesi üçün “Big Data” analizi texnologiyaları tədqiq edilib. Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ)13 saylı şöbəsinin müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev məlumat verib.İTİ-dən qeyd edilib ki, sözügedən şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində 11 mövzu üzrə tədqiqat işləri aparılıb.
Belə ki, sorğu əsasında mətnlərin avtomatik referatlaşdırılması və referatların avtomatik qiymətləndirilməsi üçün metod və alqoritmlər işlənilib, antiplagiat sistemlərinin elmi-nəzəri və texnoloji əsasları araşdırılıb, böyük həcmli verilənlərin intellektual analizi üçün metod və alqoritmlər işlənilib.
R. Alıquliyev Malaya Universiteti (Malayziya) ilə elmi əməkdaşlıq əlaqələri çərçivəsində 4 məqalənin hazırlandığını və bu əlaqələrin uğurla davam etdirildiyini, Avstraliya Federasiya Universiteti ilə elmi əməkdaşlığa başlandığını vurğulayıb.
İmpakt faktorlu jurnallarda 4, beynəlxalq bazalarda (SCOPUS, DBLP və s.) indeksləşən jurnallarda 4 məqalənin çap olunduğunu nəzərə çatdıran R.Alıquliyev, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji fəaliyyəti, beynəlxalq və respublika miqyaslı simpozium, elmi konfrans və digər elmi tədbirlərdə iştirakı və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 721
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır