Tarix:13/07/15
“Canaccord Genuity” investisiya firmasının qiymətləndirməsinə görə, 2015-ci ilin birinci rübündə “Apple” korporasiyası smartfonların satışından əldə olunan dünya əməliyyat gəlirinin 92 faizinə sahiblənib. Hərçənd ki satılmış cihazların sayına görə "alma" şirkəti yalnız beşinci pilləni tutur.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Samsung” bu göstərici üzrə ikinci pillədə qərarlaşıb. Beləliklə, iki istehsalçı birgə 100 faizdən çox gəlir toplayıb. Bu, onunla izah olunur ki, başqa smartfon istehsalçılarının əksəriyyəti ziyanla işləyiblər.
“Apple” korporasiyasının smartfon bazarında payının 20 faizdən az olmasına baxmayaraq, şirkət öz məhsulunun yüksək qiymətini dəstəkləmək vəziyyətindədir və bu, “alma” şirkətinə “Android” qurğu istehsalçıları ilə müqayisədə daha çox gəlir qazandırır.
Belə ki, ötən il “iPhone” smartfonunun orta dəyəri 624 dollar təşkil edib və 2015-ci ilin ilk üç ayında sözügedən cihazın orta qiyməti 659 dollaradək yüksəlib.
Emil Hüseynov
“Apple” smartfon bazarında gəlirin 92 faizinə sahiblənib
Yeni “iPhone 6” və “iPhone 6 Plus” sayəsində “Apple” şirkəti qlobal smartfon bazarında öz gəlirini artırmağa nail olub. Rəqibi “Samsung” isə əksinə, mövqeyini itirib.“Canaccord Genuity” investisiya firmasının qiymətləndirməsinə görə, 2015-ci ilin birinci rübündə “Apple” korporasiyası smartfonların satışından əldə olunan dünya əməliyyat gəlirinin 92 faizinə sahiblənib. Hərçənd ki satılmış cihazların sayına görə "alma" şirkəti yalnız beşinci pilləni tutur.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Samsung” bu göstərici üzrə ikinci pillədə qərarlaşıb. Beləliklə, iki istehsalçı birgə 100 faizdən çox gəlir toplayıb. Bu, onunla izah olunur ki, başqa smartfon istehsalçılarının əksəriyyəti ziyanla işləyiblər.
“Apple” korporasiyasının smartfon bazarında payının 20 faizdən az olmasına baxmayaraq, şirkət öz məhsulunun yüksək qiymətini dəstəkləmək vəziyyətindədir və bu, “alma” şirkətinə “Android” qurğu istehsalçıları ilə müqayisədə daha çox gəlir qazandırır.
Belə ki, ötən il “iPhone” smartfonunun orta dəyəri 624 dollar təşkil edib və 2015-ci ilin ilk üç ayında sözügedən cihazın orta qiyməti 659 dollaradək yüksəlib.
Emil Hüseynov
Baxış sayı: 524
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır