12px13px15px17px
Tarix:14/07/15

Kərəm Həsənov: “Torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı mütərəqqi beynəlxalq təcrübə öyrənilir”

Komitənin İKT strategiyasının tətbiqi və resursların səmərəli idarə edilməsi diqqət mərkəzində saxlanılır. Bakı şəhərində müasir dizaynlı və son nəsil yeni texnologiyalarla təchiz edilən İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tikilib istifadəyə verilib.
 
Şamaxıda Ehtiyat Məlumat Mərkəzinin inşası başa çatıb. Bu haqda Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov komitədə keçirilən müşavirədə bildirib. Komitə sədri qeyd edib ki, dövlət başçısının fərman və sərəncamlarına uyğun olaraq, komitə 2015-ci ilin birinci yarımilliyində fəaliyyət sahələri üzrə bir sıra tədbirlər həyata keçirib. Bu tədbirlərin icrası zamanı qanunçuluq və insan hüquqlarının təmin olunması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi prioritet təşkil edib:
 
 
“Ölkə başçısı tərəfindən mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə 4 may 2015-ci il tarixli müvafiq fərman imzalanıb və komitənin yeni Əsasnaməsi təsdiqlənib. Daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyi ilə əlaqədar bir sıra yeni vəzifə və funksiyalar komitəyə həvalə edilib. Eyni zamanda, torpaq bazarının təşkili, bütün kateqoriyalı torpaqların elektron uçotu və torpaq məlumat bankının yaradılması, daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi kimi vəzifələr də müəyyən edilib. Bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır. Torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı mütərəqqi beynəlxalq təcrübə öyrənilir və bu prosesə beynəlxalq ekspertlər cəlb olunur”.
 
 
 
 
 
Həqiqət İSABALAYEVA
 
 



Baxış sayı: 601

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024