Tarix:15/07/15
informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində faktiki vəziyyətin qiymətləndirilməsi" mövzusunda keçirdiyi araşdırmanın nəticələrinin geniş ictimaiyyətə çatdırılması məqsədilə təqdimat mərasimi keçirilib. Tədbiri Azərbaycan Marketinq Cəmiyyəti idarə heyətinin sədri Nigar Hüseynzadə açıb.
Tədbirdə dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, İKT şirkətlərinin nümayəndələri, eləcə də informasiya texnologiyaları sahəsində çalışan iş adamları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
AMC İKT sektorunun ölkəmizin aparıcı və prioritet sahəsi olmasını, gələcək davamlı iqtisadi inkişaf üçün yüksək potensialını nəzərə alaraq, Azərbaycanın bu sektorunda son illər həyata keçirilən tədbirlərin nəticələrinin qiymətləndirilməsi məqsədi ilə sözügedən araşdırmanı həyata keçirib. Müvafiq metodoloji yanaşmaya əsaslanaraq həyata keçirilən araşdırma Azərbaycan Respublikasının əhalisinə və onun İKT-yə münasibətdə davranışına yönəlib.
Araşdırmanın əsas hissəsi olan sorğu respondentlərin evində üzbəüz müsahibə şəklində 7182 ailə üzvü arasında aparılıb və ev təsərrüfatlarının seçimi sistemli təsadüfi seçim əsasında həyata keçirilib.
Araşdırmaya əsasən, ölkə üzrə ev təsərrüfatlarının 69,0%-də kompüter mövcuddur və hər 100 nəfərə düşən kompüterlərin orta hesabla sayı isə 28-dir. Rəyi soruşulanların 30%-i növbəti 6 ayda kompüter almağı planlaşdırdığını bildirib. Həmçinin, sorğuya əsasən, ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 72%-ə bərabərdir və bu göstərici üzrə Azərbaycan dünya orta göstəricisini 1.8 dəfə qabaqlayır. Ev təsərrüfatlarının 71%-nin internetə çıxışı vardır və istifadəçilərin 84%-i internetə ev və mobil telefonlardan genişzolaqlı vasitələrlə qoşulub.
Dünyada, o cümlədən Azərbaycanda yüksəksürətli qoşulmalara tələbatın durmadan artdığı bir şəraitdə ölkədə bu göstəricinin indiki səviyyəsi Azərbaycanda İKT xidmətlərinin tətbiq səviyyəsinin yüksək olmasından və ölkədə son illər bu sahədə aparılan dövlət siyasətindən və cəmiyyətin informasiyalaşdırılması istiqamətində əldə olunmuş inkişafından xəbər verir.
Ümumiyyətlə, sorğu nəticələri Azərbaycanda İKT sektorunun gələcəyinə ümidlə baxması üçün əsas verir. Əhalinin rəyi, digər mənbələr və əvvəlki illərlə müqayisəsi əsasında demək olar ki, ölkədə İKT sektorunun inkişaf dinamikası yüksəkdir və bu sahədə geniş potensial formalaşıb.
“İnformasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində faktiki vəziyyətin qiymətləndirilməsi” mövzusunda keçirilən araşdırmanın nəticələri açıqlanıb
Azərbaycan Marketinq Cəmiyyəti (AMC) "Azərbaycan Respublikasındainformasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində faktiki vəziyyətin qiymətləndirilməsi" mövzusunda keçirdiyi araşdırmanın nəticələrinin geniş ictimaiyyətə çatdırılması məqsədilə təqdimat mərasimi keçirilib. Tədbiri Azərbaycan Marketinq Cəmiyyəti idarə heyətinin sədri Nigar Hüseynzadə açıb.
Tədbirdə dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, İKT şirkətlərinin nümayəndələri, eləcə də informasiya texnologiyaları sahəsində çalışan iş adamları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
AMC İKT sektorunun ölkəmizin aparıcı və prioritet sahəsi olmasını, gələcək davamlı iqtisadi inkişaf üçün yüksək potensialını nəzərə alaraq, Azərbaycanın bu sektorunda son illər həyata keçirilən tədbirlərin nəticələrinin qiymətləndirilməsi məqsədi ilə sözügedən araşdırmanı həyata keçirib. Müvafiq metodoloji yanaşmaya əsaslanaraq həyata keçirilən araşdırma Azərbaycan Respublikasının əhalisinə və onun İKT-yə münasibətdə davranışına yönəlib.
Araşdırmanın əsas hissəsi olan sorğu respondentlərin evində üzbəüz müsahibə şəklində 7182 ailə üzvü arasında aparılıb və ev təsərrüfatlarının seçimi sistemli təsadüfi seçim əsasında həyata keçirilib.
Araşdırmaya əsasən, ölkə üzrə ev təsərrüfatlarının 69,0%-də kompüter mövcuddur və hər 100 nəfərə düşən kompüterlərin orta hesabla sayı isə 28-dir. Rəyi soruşulanların 30%-i növbəti 6 ayda kompüter almağı planlaşdırdığını bildirib. Həmçinin, sorğuya əsasən, ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 72%-ə bərabərdir və bu göstərici üzrə Azərbaycan dünya orta göstəricisini 1.8 dəfə qabaqlayır. Ev təsərrüfatlarının 71%-nin internetə çıxışı vardır və istifadəçilərin 84%-i internetə ev və mobil telefonlardan genişzolaqlı vasitələrlə qoşulub.
Dünyada, o cümlədən Azərbaycanda yüksəksürətli qoşulmalara tələbatın durmadan artdığı bir şəraitdə ölkədə bu göstəricinin indiki səviyyəsi Azərbaycanda İKT xidmətlərinin tətbiq səviyyəsinin yüksək olmasından və ölkədə son illər bu sahədə aparılan dövlət siyasətindən və cəmiyyətin informasiyalaşdırılması istiqamətində əldə olunmuş inkişafından xəbər verir.
Ümumiyyətlə, sorğu nəticələri Azərbaycanda İKT sektorunun gələcəyinə ümidlə baxması üçün əsas verir. Əhalinin rəyi, digər mənbələr və əvvəlki illərlə müqayisəsi əsasında demək olar ki, ölkədə İKT sektorunun inkişaf dinamikası yüksəkdir və bu sahədə geniş potensial formalaşıb.
Baxış sayı: 900
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır