Tarix:15/07/15
O qeyd edib ki, həm dünya, həm də ödənişlər sahəsi mobil texnologiyalara doğru hərəkət edir. Sahənin iki inkişaf mərhələsi artıq başa çatıb. Bu, plastik kartlarla əvəzlənən qəbzlər və nağd pullardır. Onun sözlərinə görə, üçüncü mərhələ, heç şübhəsiz, mobil ödənişlər olacaq.
R.Happer buna səbəb kimi dünyada mobil qurğuların nüfuzetmə səviyyəsinin sürətlə artmasını qeyd edib. "18-34 yaşlı gənclər haqqında danışsaq, mobil qurğular onların həyatının ayrılmaz hissəsidir", - o vurğulayıb.
Rəqəmli ödənişlərin nağd ödənişləri əvəz edə bilməsi ilə bağlı sualı müsbət cavablandıran bölmə direktoru bunu yeni statistik məlumatların sübut etməsini bildirib. "Böyük Britaniyada tarixdə ilk dəfə rəqəmli ödənişlərin həcmi nağd ödənişləri ötüb. Onların çoxu, əlbəttə, kredit və debet kartlar vasitəsilə həyata keçirilib. Lakin biz həmçinin istehlakçıların yeni texnologiyalardan istifadəyə hazır olmasını görürük", - R.Happer əlavə edib.
O vurğulayıb ki, rəqəmli ödənişlər inkişaf etdikcə ödənişlərin təhlükəsizlik məsələləri daha da aktuallaşır. "Bunu biometrik texnologiyalar qismən həll edə bilər", - "PayPal" təmsilçisi qeyd edib, - "Payspacemagazine" yazır.
“PayPal” ödənişlərin gələcəyini mobil qurğularda görür
"PayPal" elektron ödəniş sisteminin Britaniya üzrə mobil kommersiya bölməsinin direktoru Rob Harper Londonda keçirilən "PayExpo" konfransında ödənişlər bazarında tendensiyalar və mobil ödənişlərin sürətli artımından bəhs edib. Ödəniş sistemi nümayəndəsinin fikrincə, ödənişlərin gələcəyi mobil texnologiyalardan asılıdır.O qeyd edib ki, həm dünya, həm də ödənişlər sahəsi mobil texnologiyalara doğru hərəkət edir. Sahənin iki inkişaf mərhələsi artıq başa çatıb. Bu, plastik kartlarla əvəzlənən qəbzlər və nağd pullardır. Onun sözlərinə görə, üçüncü mərhələ, heç şübhəsiz, mobil ödənişlər olacaq.
R.Happer buna səbəb kimi dünyada mobil qurğuların nüfuzetmə səviyyəsinin sürətlə artmasını qeyd edib. "18-34 yaşlı gənclər haqqında danışsaq, mobil qurğular onların həyatının ayrılmaz hissəsidir", - o vurğulayıb.
Rəqəmli ödənişlərin nağd ödənişləri əvəz edə bilməsi ilə bağlı sualı müsbət cavablandıran bölmə direktoru bunu yeni statistik məlumatların sübut etməsini bildirib. "Böyük Britaniyada tarixdə ilk dəfə rəqəmli ödənişlərin həcmi nağd ödənişləri ötüb. Onların çoxu, əlbəttə, kredit və debet kartlar vasitəsilə həyata keçirilib. Lakin biz həmçinin istehlakçıların yeni texnologiyalardan istifadəyə hazır olmasını görürük", - R.Happer əlavə edib.
O vurğulayıb ki, rəqəmli ödənişlər inkişaf etdikcə ödənişlərin təhlükəsizlik məsələləri daha da aktuallaşır. "Bunu biometrik texnologiyalar qismən həll edə bilər", - "PayPal" təmsilçisi qeyd edib, - "Payspacemagazine" yazır.
Baxış sayı: 674
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib