12px13px15px17px
Tarix:21/07/15

Muxtar respublikada 6 ayda 1700-ə yaxın yeni telefon sabit şəbəkəyə qoşulub

Naxçıvan Muxtar Respublikasında cari ilin yanvar-iyun ayları ərzində 1672 ədəd yeni telefon sabit şəbəkəyə qoşulub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, Naxçıvan MR-in 2015-ci ilin yanvar-iyun aylarındakı sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb.
 
1 iyul 2015-ci il tarixə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 72-yə çatıb.
 
Babək rayonunun Qoşadizə kəndində 336, Culfa rayonunun Şurud kəndində 384 nömrə tutumlu avtomat telefon stansiyaları qurulub.
 
Muxtar respublikada altı ayda 59,2 kilometr məsafədə fiber-optik kabel xəttinin çəkilişi aparılıb.
“Evədək optika” layihəsi çərçivəsində Naxçıvan şəhərində 28 fərdi mənzilə optik kabel xətti çəkilib.
 
Cari ilin ötən dövrü ərzində MR ərazisində rəqəmli radio yayımı təmin edilib.
 
Bu müddətdə 8 poçt şöbə və bölməsi avtomatlaşdırılıb. Şərur rayonunda Kürkənddə və Babək rayonunun Qoşadizə kəndində yeni poçt bölmələri istifadəyə verilib.
 
CAHANGİR



Baxış sayı: 577

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024