12px13px15px17px
Tarix:21/07/15

Naxçıvan MR-də informasiya və rabitə xidmətlərinin həcmi 2 faiz artıb

Naxçıvan Muxtar Respublikasında cari ilin ilk altı ayı ərzində informasiya və rabitə xidmətlərinin həcmi 23 milyon 813 min manat olub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, Naxçıvan MR-in 2015-ci ilin yanvar-iyun aylarındakı sosial-iqtisadi inkişafına dair hesabatda qeyd olunub.
 
Builki statistik göstərici ötən  ilin müvafiq dövründəki göstəricini 2 faiz üstələyib.
 
Ümumi xidmətlərin 84,1 faizi mobil rabitə xidmətinin payına düşüb ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 1,4 faiz çoxdur.
 
CAHANGİR



Baxış sayı: 542

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024