Tarix:21/07/15
Kitabxananın Treninq mərkəzində keçirilən "ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21" kursu "Region kitabxanalarında informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi" proqramı çərçivəsində baş tutub.
AMK-dan qeyd edilib ki, bağlanış mərasimində kitabxananın direktor müavini G.Səfərəliyeva çıxış edərək, regionlarda tətbiq ediləcək ALİSA proqramının və MARC 21 formatının öyrənilməsinin və iş vərdişlərinin mənimsənilməsinin əhəmiyyətindən danışıb:
"Mili Kitabxananın və "Ultra" şirkətinin əməkdaşları bu 10 gün ərzində kursun səmərəli keçməsi üçün çox ciddi çalışıblar. Çünki region kitabxanalarında tətbiq edilən bu proqramın öyrənilməsi və yerlərdə tətbiqi çox məsuliyyətli və vacib bir məsələdir. Gələcəkdə Milli Kitabxanada bu sistemin tətbiqi nəticəsində vahid məlumat bazasının yaradılması və Milli Kitabxananın xidmətlərindən onlayn şəkildə bütün rayon və şəhər MKS-nin oxucularının yararlanması mümkün olacaq. Kitabxanalarımızın dünya kitabxanalarının sırasına qoşulması üçün bu ilk addımdır".
Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən proseslərlə də yaxından tanış olub, yeni iş üsulları, yeni xidmət növləri barədə məlumat əldə ediblər.
Sonda treninqi mükəmməl başa vuran hər bir müdavimə sertifikat təqdim olunub.
Həqiqət İSABALAYEVA
Milli Kitabxanada vahid məlumat bazası yaradılacaq
Regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən, Azərbaycan Milli Kitabxanasında (AMK) təşkil edilən 10 günlük kurslar başa çatıb.Kitabxananın Treninq mərkəzində keçirilən "ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21" kursu "Region kitabxanalarında informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi" proqramı çərçivəsində baş tutub.
AMK-dan qeyd edilib ki, bağlanış mərasimində kitabxananın direktor müavini G.Səfərəliyeva çıxış edərək, regionlarda tətbiq ediləcək ALİSA proqramının və MARC 21 formatının öyrənilməsinin və iş vərdişlərinin mənimsənilməsinin əhəmiyyətindən danışıb:
"Mili Kitabxananın və "Ultra" şirkətinin əməkdaşları bu 10 gün ərzində kursun səmərəli keçməsi üçün çox ciddi çalışıblar. Çünki region kitabxanalarında tətbiq edilən bu proqramın öyrənilməsi və yerlərdə tətbiqi çox məsuliyyətli və vacib bir məsələdir. Gələcəkdə Milli Kitabxanada bu sistemin tətbiqi nəticəsində vahid məlumat bazasının yaradılması və Milli Kitabxananın xidmətlərindən onlayn şəkildə bütün rayon və şəhər MKS-nin oxucularının yararlanması mümkün olacaq. Kitabxanalarımızın dünya kitabxanalarının sırasına qoşulması üçün bu ilk addımdır".
Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən proseslərlə də yaxından tanış olub, yeni iş üsulları, yeni xidmət növləri barədə məlumat əldə ediblər.
Sonda treninqi mükəmməl başa vuran hər bir müdavimə sertifikat təqdim olunub.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 637
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır