Tarix:22/07/15
"ICTnews" elektron xəbər xidməti “vedomosti.ru” saytına istinadən bildirir ki, son günlərdə başqa İT şirkətlərin də səhmləri bahalaşıb. Məsələn, cümə günü “Facebook”un səhmlərinin dəyəri, həmçinin yüksəlib.
Ötən həftənin cümə axşamı “Google” tərəfindən dərc edilmiş ikinci rübün nəticələri gözlənildiyindən daha əlverişli olub. Ancaq investorlar üçün maliyyə göstəriciləri deyil, smartfonlarla bağlı biznesin “Google”un axtarış sistemindən əldə etdiyi gəlirə zərər vurmaması vacib xəbər olub.
“Google”un müştəriləri arasında mobil istifadəçilərin payı artır. Smartfonlarda reklam “Google” üçün uzun müddət ciddi problem olaraq qalıb: bu qurğuların ekranı çox kiçikdir və alış-veriş etmək çətindir. Bu yaxınlarda şirkət avtomobil və daşınmaz əmlak bazarı üçün mobil reklamın yeni formatını təklif edib.
"Mobil texnologiyalar elektron ticarəti və istehlakçıların davranışını dəyişdirir – “Google”un reklam və ticarət bölməsinin direktoru Sridxar Ramasvami bildirib. Biz elan verənlər və tərəfdaşlarla birgə mobil texnologiyaların bütün üstünlüklərini göstərmək və bu sahədə güclü artımı təmin etmək istəyirik".
Emil Hüseynov
“Google” kapitallaşma göstəricisinə görə dünyanın ikinci şirkətidir
Ötən həftənin cümə günü hərrac zamanı “Google”un bazar kapitallaşması 65 milyard dollar məbləğində yüksələrək 468 milyard dollar təşkil edib. Axtarış nəhəngi ABŞ-ın ən bahalı şirkətləri siyahısında “Apple”dan sonra ikinci pilləni tutub."ICTnews" elektron xəbər xidməti “vedomosti.ru” saytına istinadən bildirir ki, son günlərdə başqa İT şirkətlərin də səhmləri bahalaşıb. Məsələn, cümə günü “Facebook”un səhmlərinin dəyəri, həmçinin yüksəlib.
Ötən həftənin cümə axşamı “Google” tərəfindən dərc edilmiş ikinci rübün nəticələri gözlənildiyindən daha əlverişli olub. Ancaq investorlar üçün maliyyə göstəriciləri deyil, smartfonlarla bağlı biznesin “Google”un axtarış sistemindən əldə etdiyi gəlirə zərər vurmaması vacib xəbər olub.
“Google”un müştəriləri arasında mobil istifadəçilərin payı artır. Smartfonlarda reklam “Google” üçün uzun müddət ciddi problem olaraq qalıb: bu qurğuların ekranı çox kiçikdir və alış-veriş etmək çətindir. Bu yaxınlarda şirkət avtomobil və daşınmaz əmlak bazarı üçün mobil reklamın yeni formatını təklif edib.
"Mobil texnologiyalar elektron ticarəti və istehlakçıların davranışını dəyişdirir – “Google”un reklam və ticarət bölməsinin direktoru Sridxar Ramasvami bildirib. Biz elan verənlər və tərəfdaşlarla birgə mobil texnologiyaların bütün üstünlüklərini göstərmək və bu sahədə güclü artımı təmin etmək istəyirik".
Emil Hüseynov
Baxış sayı: 730
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib