Tarix:22/07/15
Konfrans Bakı Dövlət Universitetində təşkil olunacaq.
Beynəlxalq tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin geniş müzakirəsi nəzərdə tutulur.
Konfransın mövzularına “Nəzarət və optimallaşdırma”, “Qlobal optimallaşdırma”, “Forma optimallaşdırma”, “İdentifikasiya və əksinə problemlərdə optimallaşdırma metodları”, “İntellektual və qeyri-səlis nəzarət”, “Optimal nəzarətin ədədi üsulları”, “Tətbiqi proqramlar”, “Şəbəkə və telekommunikasiya sistemləri”, “Neft sənayesi”, “İqtisadiyyat”, “Riyazi modelləşdirmə” kimi istiqamətlər daxildir. Beynəlxalq konfransda Türkiyə, İran, Ukrayna, Şimali Kipr, Nigeriya, Belarus, Rusiya, Bolqarıstan, Çin, Küveyt, Laqos, Qazaxıstan, Fransa, Əlcəzair, Malayziya, Polşa, Misir, Oman, Pakistandan olan mütəxəssislər iştirak edəcəklər.
Qeyd edək ki, “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusunda ilk konfrans 2005-ci ildə Bakıda təşkil edilib. Növbəti “COIA” konfransının 27-29 iyun 2017-ci il tarixlərində ABŞ-ın Nyu-York şəhərində St John Universitetində keçirilməsi planlaşdırılır.
Həqiqət İSABALAYEVA
RYTN və TRİ-nin təşkilatçılığı ilə “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusunda 5-ci Beynəlxalq konfrans keçiriləcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun (TRİ) təşkilatçılığı ilə 27-29 avqust 2015-ci il tarixində Bakı şəhərində “COIA-2015” – “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusunda 5-ci Beynəlxalq konfrans (“Control and Optimization with Industrial Applications (COIA-2015)” keçiriləcək.Konfrans Bakı Dövlət Universitetində təşkil olunacaq.
Beynəlxalq tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin geniş müzakirəsi nəzərdə tutulur.
Konfransın mövzularına “Nəzarət və optimallaşdırma”, “Qlobal optimallaşdırma”, “Forma optimallaşdırma”, “İdentifikasiya və əksinə problemlərdə optimallaşdırma metodları”, “İntellektual və qeyri-səlis nəzarət”, “Optimal nəzarətin ədədi üsulları”, “Tətbiqi proqramlar”, “Şəbəkə və telekommunikasiya sistemləri”, “Neft sənayesi”, “İqtisadiyyat”, “Riyazi modelləşdirmə” kimi istiqamətlər daxildir. Beynəlxalq konfransda Türkiyə, İran, Ukrayna, Şimali Kipr, Nigeriya, Belarus, Rusiya, Bolqarıstan, Çin, Küveyt, Laqos, Qazaxıstan, Fransa, Əlcəzair, Malayziya, Polşa, Misir, Oman, Pakistandan olan mütəxəssislər iştirak edəcəklər.
Qeyd edək ki, “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusunda ilk konfrans 2005-ci ildə Bakıda təşkil edilib. Növbəti “COIA” konfransının 27-29 iyun 2017-ci il tarixlərində ABŞ-ın Nyu-York şəhərində St John Universitetində keçirilməsi planlaşdırılır.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 636
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır