Tarix:23/07/15
“Mobchannel” adlanan layihənin əsas üstünlüyü insanların vaxtına qənaət etməsi və lazımı informasiyanı axtarış etmədən izləyə bilməsidir.
Platforma 22 iyul – Milli Mətbuat günündə təqdim edilib.
Layihənin rəhbəri Vaqif Abbasovun sözlərinə görə, “Mobchannel” əksər yerli və xarici mətbuatı bir mənbədə toplayan sistemdir:
“Artıq insanlar onlara maraqlı olan bütün növ məlumatları vahid platformadan izləyə bilərlər. 2014-cü ildə apardığımız “İnsanlar internetdən nə üçün istifadə edir?” mövzusunda apardığımız araşdırmadan bəlli oldu ki, istifadəçiləri internetdən əsasən informasiya əldə etmək üçün istifadə edirlər. “Bəs bizə lazım olan informasiyaları necə əldə edirik, hansı mənbələrdən, hansı formada əldə edirik və buna nə qədər zaman sərf edirik” kimi çoxsaylı suallar ortaya maraqlı nəticələr çıxardı. Məlum oldu ki, internet istifadəçiləri uzun zaman sərf etmələrinə baxmayaraq doğru informasiyanı əldə etməyə çətinlik çəkirlər. Biz də bu problemi həll etmək üçün “Mobchannel” adlı platformanı qurduq.” Sistem insanlara lazım olan məlumatları axtarış etmədən əldə etməyə kömək edən platformadır. İstifadəçi sistemdə təyin olunmuş 15 kanal üzrə (xəbər, maraqlı, kino, tədbirlər, səyahət, vakansiya, alış-veriş, əmlak alqı-satqısı, avtomobil alqı-satqısı və s.) istədiyini seçib, profil məlumatlarını daxil edir. Bununla o axtardığı məlumatların avtomatlaşdırılmış şəkildə əldə olunmasını təmin edir və lazımı məlumat olduğu təqdirdə bildiriş funksiyası ilə ani xəbərdar olmuş olur:
“İnternet inkişaf etdikcə veb-saytların sayı sürətlə artmaqdadır. “Netcraft”-ın məlumatına görə 2013-cü ilin iyun ayında 673 milyon olan veb səhifələrin sayı 2014-cü ildə 969 milyona yüksəlib. Bir il ərzində 300 milyona yaxın yeni vebsayt açılıb. Zaman keçdikcə bu rəqəmlər daha da artacaq və biz lazım olan informasiyanı əldə etməyə çətinlik çəkəcəyik və ya lazımı informasiyanı əldə etməyə böyük zaman sərf edəcəyik. İnformasiya xaosu artıq yaşanmaqdadır. Məsələn, iş axtaran bir nəfər bütün vakansiyalardan məlumatlı olmaq üçün hər gün onlarla vakansiya saytlarına daxil olub özünə uyğun iş elanlarının olub-olmamasını yoxlamalıdır. Və ən əsası o, bunu iş tapanadək hər gün davam etdirməlidir. “Mobchannel” platformasında istifadəçi 15 kanaldan istədiyini seçərək öz profilini yaradır, həmin kanallar üzrə məlumatları əldə etməyə başlayır. Profilinə uyğun yeni məlumatlar olduğu zaman bildirişlər alaraq dərhal xəbərdar olur. Məsələn, istifadəçi vakansiya kanalında axtardığı işə uyğun olaraq filterləri (məkan, maaş, işin növü və s.) seçir. Bu zaman həmin filterlərə uyğun iş elanları varsa istifadəçiyə təqdim olunur və ya yeni iş elanları olduğu zaman istifadəçiyə bildirişlər gəlir. İstifadəçi bunun kimi digər 14 kanalda da profilini yaradaraq ona lazım olan məlumatları axtarış etmədən əldə edə bilər.”
Qeyd edək ki hazırda proqram “Android” əməliyyat sistemli telefonlar üçün mövcuddur:
Həqiqət İSABALAYEVA
Azərbaycanlı startapçılar informasiya əldə edilməsi prosesini asanlaşdıran yeni sistem yaradıblar
Azərbaycanlı startapçılar informasiya əldə edilməsi prosesini asanlaşdıran yeni sistem yaradıblar.“Mobchannel” adlanan layihənin əsas üstünlüyü insanların vaxtına qənaət etməsi və lazımı informasiyanı axtarış etmədən izləyə bilməsidir.
Platforma 22 iyul – Milli Mətbuat günündə təqdim edilib.
Layihənin rəhbəri Vaqif Abbasovun sözlərinə görə, “Mobchannel” əksər yerli və xarici mətbuatı bir mənbədə toplayan sistemdir:
“Artıq insanlar onlara maraqlı olan bütün növ məlumatları vahid platformadan izləyə bilərlər. 2014-cü ildə apardığımız “İnsanlar internetdən nə üçün istifadə edir?” mövzusunda apardığımız araşdırmadan bəlli oldu ki, istifadəçiləri internetdən əsasən informasiya əldə etmək üçün istifadə edirlər. “Bəs bizə lazım olan informasiyaları necə əldə edirik, hansı mənbələrdən, hansı formada əldə edirik və buna nə qədər zaman sərf edirik” kimi çoxsaylı suallar ortaya maraqlı nəticələr çıxardı. Məlum oldu ki, internet istifadəçiləri uzun zaman sərf etmələrinə baxmayaraq doğru informasiyanı əldə etməyə çətinlik çəkirlər. Biz də bu problemi həll etmək üçün “Mobchannel” adlı platformanı qurduq.” Sistem insanlara lazım olan məlumatları axtarış etmədən əldə etməyə kömək edən platformadır. İstifadəçi sistemdə təyin olunmuş 15 kanal üzrə (xəbər, maraqlı, kino, tədbirlər, səyahət, vakansiya, alış-veriş, əmlak alqı-satqısı, avtomobil alqı-satqısı və s.) istədiyini seçib, profil məlumatlarını daxil edir. Bununla o axtardığı məlumatların avtomatlaşdırılmış şəkildə əldə olunmasını təmin edir və lazımı məlumat olduğu təqdirdə bildiriş funksiyası ilə ani xəbərdar olmuş olur:
“İnternet inkişaf etdikcə veb-saytların sayı sürətlə artmaqdadır. “Netcraft”-ın məlumatına görə 2013-cü ilin iyun ayında 673 milyon olan veb səhifələrin sayı 2014-cü ildə 969 milyona yüksəlib. Bir il ərzində 300 milyona yaxın yeni vebsayt açılıb. Zaman keçdikcə bu rəqəmlər daha da artacaq və biz lazım olan informasiyanı əldə etməyə çətinlik çəkəcəyik və ya lazımı informasiyanı əldə etməyə böyük zaman sərf edəcəyik. İnformasiya xaosu artıq yaşanmaqdadır. Məsələn, iş axtaran bir nəfər bütün vakansiyalardan məlumatlı olmaq üçün hər gün onlarla vakansiya saytlarına daxil olub özünə uyğun iş elanlarının olub-olmamasını yoxlamalıdır. Və ən əsası o, bunu iş tapanadək hər gün davam etdirməlidir. “Mobchannel” platformasında istifadəçi 15 kanaldan istədiyini seçərək öz profilini yaradır, həmin kanallar üzrə məlumatları əldə etməyə başlayır. Profilinə uyğun yeni məlumatlar olduğu zaman bildirişlər alaraq dərhal xəbərdar olur. Məsələn, istifadəçi vakansiya kanalında axtardığı işə uyğun olaraq filterləri (məkan, maaş, işin növü və s.) seçir. Bu zaman həmin filterlərə uyğun iş elanları varsa istifadəçiyə təqdim olunur və ya yeni iş elanları olduğu zaman istifadəçiyə bildirişlər gəlir. İstifadəçi bunun kimi digər 14 kanalda da profilini yaradaraq ona lazım olan məlumatları axtarış etmədən əldə edə bilər.”
Qeyd edək ki hazırda proqram “Android” əməliyyat sistemli telefonlar üçün mövcuddur:
Həqiqət İSABALAYEVA
Baxış sayı: 681
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır