12px13px15px17px
Tarix:23/07/15

Vikipediyanın yaradıcısı xeyriyyəçilik fəaliyyəti üçün mobil operator işə salıb

"Business Insider" nəşri yazıb ki, "Vikipediya" onlayn ensiklopediyasının yaradıcısı Cimmi Uels ABŞ-da abunəçilərin öz telefon hesablarından xeyriyyəçiliyə vəsait yatırmasına imkan verən mobil operator işə salıb.


"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, operator 2012-ci ildən Böyük Britaniyada fəaliyyət göstərən müvafiq xidmətin şərəfinə "TPO" ("The People's Operator" — "Xalq operatoru") adlandırılıb. Yeni mobil operator aşağıdakı prinsip üzrə işləyir: xidmət ənənəvi mobil operator kimi eyni funksiyaları (zəng, sms) təqdim edir, ancaq hər ay abunəçinin hesabından 10 faiz xeyriyyəçilik fəaliyyətinə sərf olunur.

Layihə "Sprint" mobil operatoru ilə əməkdaşlıq nəticəsində ərsəyə gəlib. Standart müqavilə üzrə təkliflərdən başqa, abunəçi başqa tarifləri də seçə bilər. Məsələn aylıq 32 dollara limitsiz sms və danışıq. Yeni mobil operatorun yaradıcıları abunəçinin hesabından kömək məqsədi ilə tutulmuş 10 faizdən başqa, həmçinin xidmətdən əldə olunan gəlirin 25 faizini "NSPCC" və "Childline" xeyriyyə təşkilatlarına göndərəcək.


2000-ci ildə Cimmi Uels və Larri Senqer birgə "Nupediya" ensiklopediyasını yaradıblar. "Vikipediya" ensiklopediyası 2001-ci ildə yaradılıb və əsas özəlliyi ondan ibarətdir ki, istənilən insan məqaləni hazırlaya və redaktə edə bilər. Hazırda sözügedən ensiklopediya 276 dildə əlçatandır. 2013-cü ildə Cimmi Uels YUNESKO tərəfindən mükafatlandırılıb.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 779

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024