12px13px15px17px
Tarix:23/07/15

QHT-lərə öz saytlarını asanlıqla yaratmaq imkanı verən portal istifadəyə verilib

Azərbaycanda "E-vətəndaş cəmiyyəti" – "www.e-vc.az" portalı yaradılıb.
 
 
Layihə rəhbəri Cəsarət Hüseynzadənin "ICTnews" elektron xəbər xidmətinə verdiyi məlumata görə, portal "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qeyri-hökumət təşkilatlarına etimadın artırılması üzrə təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində istifadəyə verilib.
 

E-vətəndaş cəmiyyəti çox funksiyalı bir portal olaraq III sektor nümayəndələri üçün geniş imkanlar təqdim edir. Belə ki, portal eyni vaxta 2 funksiyanı yerinə yetirəcək.
 
İlk növbədə portal QHT-lərə mustəqil subdomen verməklə, onlara öz saytlarını bu baza üzərindən yaratmağı təklif edir. Beləki www.e-vc.az ünvanında qeydiyyatdan keçən hər bir təşkilat öz saytlarını müstəqil formada  hazırlaya və idarə edə bilər.
Bazada qeydiyyatdan keçmiş təşkilat öz veb saytlarına təşkilat haqqında informasiyaları, koordinatları, fəaliyyətləri haqqında xəbərləri, həyata keçirdiyi layihələr və tədbirlər haqqında materialları, foto və video informasiyaları, çap etdikləri nəşrlərin və hazırladıqları hesabatları elektron versiyalarını daxil etmək imkanına sahib olacaq.

Təşkilat ona məxsus şifrələrdən istifadə etməklə istənilən vaxt öz fəaliyyəti haqqında yeni informasiyaları da bazaya daxil edə biləcək.
 

Qeydiyyata alınmış saytın ən böyük üstünlüyü isə ondan ibarətdir ki, təşkilatın bazasına daxil edilən xəbərlər, həm də sosial şəbəkə funksiyası kimi portalda da yayımlanır.


 
Bu funksiyaya sahib olmaq üçün portal QHT-lərə standart və yaxud VİP üzvlük statusu təklif edir.
 
 
Üzvlük statusundan asılı olaraq, daxil edilən informasiyalar birbaşa və ya portal rəhbərinin icazəsi ilə xəbərlər bölməsində yayımlanacaq.
 

Bundan başqa QHT-lərin yaratdıqları saytlar və onlara daxil edilmiş informasiyalar Azərbaycan QHT-lərinin elektron bazasını formalaşdıracaq.

Bütün bu imkanlara ödənişsiz sahib olmaq üçün QHT-lər bu ünvana dəvət edilir.
 
CAHANGİR



Baxış sayı: 805

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024