12px13px15px17px
Tarix:24/07/15

Azərbaycanda ilin əvvəlindən domenlərin xalis artımı 1129 domen təşkil edib

Azərbaycanda bu günə kimi 24299 domen adı rəsmi qeydiyyatdan keçib.

“ICTnews” xəbər xidmətinin milli domenlərin tənzimləyicisinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, ilin əvvəlindən 4358  domen qeydiyyatdan keçirilib, 3229 domen isə ləğv edilib. Nəticədə bu ilin birinci rübü ərzində ölkədə xalis domen artımı 1129 domen təşkil edib.

Hazırda Azərbaycanda 22527-*.az, 1064-*.com.az, 232 -*.edu.az, 123 -*.org.az, 77 -*.net.az, 42 -*.int.az, 91 - *.co.az, 34 -*.pp.az,  72 -*.info.az, 24 - *.biz.az, 11 -*.name.az, 1 - *.pro.az  domeni qeydiyyatdan keçirilərək istifadə edilir.
 
Son üç ilin dinamikasına nəzər salsaq görərik ki, *.az domen zonasında kəskin artım templəri bu il nisbətən zəifləyib. Ötən il ərzində domen qeydiyyatı artımı 10 faiz təşkil edib. 
 
Xatırladaq ki, 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici 3 min, 2011-ci ildə  4387, 2012-ci ildə  5478, 2013-cü ildə 2338, 2014-cü ildə isə 23101 domen adı olub.
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 574

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024