12px13px15px17px
Tarix:24/07/15

2020-ci ilə Qərbi Avropada “IPTV” peyk televiziyasını ötəcək

"Digital TV Research" analitik şirkətinin son tədqiqat nəticələrinə əsasən, 2018-ci ilədək Qərbi Avropada ödənişli "IPTV" seqmenti abunəçilərin sayına görə peyk televiziyası sektorunu ötəcək.
 
Analitiklərin proqnozuna görə, 2013-2020-ci illərdə "IPTV" seqmentinin abunəçi bazası 7,5 milyon (və ya 38 faiz) artacaq və 2020-ci ildə 27,01 milyon təşkil edəcək.
 
 Eyni zamanda peyk televiziya seqmenti 5 faiz yüksələrək 26,42 milyon ev təsərrüfatı və rəqəmli kabel televiziyası 42 faiz yüksələrək 43,76 milyon abunəçi təşkil edəcək.


"ICTnews" elektron xəbər xidməti "cableman.ru" saytına istinadən bildirir ki, bütovlükdə  Qərbi Avropada ödənişli televiziya xidmətləri bazarının həcmi 6,6 faiz yüksələrək 2020-ci ilədək 103,65 milyon abunəçi təşkil edəcək.
 
Bu halda rəqəmli ödənişli televiziyası ən yüksək artım sürəti nümayiş etdirəcək, 2020-ci ilədək abunəçilərinin sayı 28,1 faiz artacaq (+23 milyon) və 2019-cu ildə analoq kabel şəbəkəsi abunəçilərinin sayı 14,03 milyondan sıfra düşəcək.
 
2020-ci ilə Böyük Britaniya ödənişli televiziya bazarında gəlirin həcminə görə (7,535 milyard) lider olacaq, Almaniya (4,741 milyard) və İtaliya (4,539 milyard) növbəti pillələri bölüşdürəcəklər.
 
Emil Hüseynov
 



Baxış sayı: 591

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024