12px13px15px17px
Tarix:24/07/15

“Sony” korporativ müştərilər üçün pilotsuz uçan aparatların yaradılması ilə məşğul olacaq

Yaponiyanın “Sony” şirkəti korporativ müştərilərə xidmət göstərəcək xüsusi pilotsuz uçan aparatların istehsalı üzrə bölmə yaradıb.

“Aerosense” adlandırılan yeni struktur Tokionun avtopilot texnologiyalarda ixtisaslaşan “ZMP” şirkəti ilə birgə müəssisə olacaq. “Sony” və “ZMP” “Aerosense” şirkətinin həmsahibi olmaqla pilotsuz uçan aparatların deyil, onların xidmətlərinin satışı ilə məşğul olacaq.

Bildirilir ki, bu, “Sony” və “ZMP” şirkətlərinin ilk əməkdaşlığı deyil. Bundan əvvəl şirkətlər sürücüsüz idarə olunan avtomobillər üçün texnologiya hazırlayıblar. Həmçinin “ZMP” “DeNA” kompüter oyunları istehsalçısı ilə sürücüsüz taksilərin yaradılması sahəsində əməkdaşlıq edir.

“Aerosense” pilotsuz uçan aparatlarından ucqar obyekt və ərazilərin tədqiqi üçün istifadə ediləcək. Onlar “Sony”-nin artıq “iPhone” smartfonlarında və “Samsung Galaxy” qurğularında istifadə olunan fotosensorları ilə təchiz ediləcək. Struktura şirkətin mobil bölməsinin rəhbəri Hiroki Totoki başçılıq edəcək, - “NEWSru”  yazır.



Baxış sayı: 542

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024