Tarix:25/07/15
Bu ilin aprelində Finlandiya istehsalçısı “Alcatel-Lucent” şirkətini 15,6 milyard avroya satın almasını açıqlayıb.
2016-cı ilin birinci rübündə tamamlanması planlaşdırılan saziş “Lucent Technologies” şirkətinin “Ascend Communications” şirkətini 21 milyard dollara satın aldığı 1999-cu ildən telekommunikasiya sahəsində ən böyük saziş olacaq. Həmçinin “Nokia” tarixində bu satınalma ən böyük satınalma hesab edilir.
“Bloomberg” agentliyinin Avropa Komissiyasının bəyanatına əsasən verdiyi məlumata görə, “Nokia” və “Alcatel-Lucent” şirkətlərinin birləşməsi nəticəsində mobil şəbəkələr üçün Avropa İttifaqının 28 ölkəsi ərazisində rəqabətin inkişafına mane ola bilməyəcək avadanlıq istehsalçısı yaradılacaq, - “DailyComm” yazır.
Avropa Komissiyası “Nokia” və “Alcatel-Lucent” şirkətlərinin birləşməsini təsdiq edib
Avropa Komissiyası iri telekommunikasiya avadanlığı istehsalçıları “Nokia” və “Alcatel-Lucent” şirkətlərinin birləşməsini bəyənərək sazişin sahədə sağlam rəqabətə mənfi təsir etməyəcəyini bəyan edib.Bu ilin aprelində Finlandiya istehsalçısı “Alcatel-Lucent” şirkətini 15,6 milyard avroya satın almasını açıqlayıb.
2016-cı ilin birinci rübündə tamamlanması planlaşdırılan saziş “Lucent Technologies” şirkətinin “Ascend Communications” şirkətini 21 milyard dollara satın aldığı 1999-cu ildən telekommunikasiya sahəsində ən böyük saziş olacaq. Həmçinin “Nokia” tarixində bu satınalma ən böyük satınalma hesab edilir.
“Bloomberg” agentliyinin Avropa Komissiyasının bəyanatına əsasən verdiyi məlumata görə, “Nokia” və “Alcatel-Lucent” şirkətlərinin birləşməsi nəticəsində mobil şəbəkələr üçün Avropa İttifaqının 28 ölkəsi ərazisində rəqabətin inkişafına mane ola bilməyəcək avadanlıq istehsalçısı yaradılacaq, - “DailyComm” yazır.
Baxış sayı: 551
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır