Tarix:25/07/15
Bu gün belə xidmətlərin populyarlaşmasını müşahidə etmək olar. “Facebook” öz messencerini istifadəyə verib və “WhatsApp” messencerini 19 milyard dollara satın alıb. ABŞ-da isə gənclər şəkil və video ilə mübadilə üçün “Snapchat”dan aktiv istifadə edirlər.
“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, zaman ötdükcə ani mesajlaşma xidmətləri sosial şəbəkələri tədricən sıxışdırır.
Messencerlər şəxsi yazışma, audio və videomesajların ötürülməsi üçün istifadə olunur və fərdi məlumatların təhlükəsizliyini təmin edir.
Messencerlərin əsas özəlliyi məlumatların təhlükəsizliyi və informasiyanın sürətli ötürülməsidir.
Amma messencerlərin populyarlaşması həm də mobil internetin yayılması ilə izah olunur. Məhz bu səbəbdən 2012-ci ilin sonundan dünyada göndərilən SMS-lərin sayı daima azalır.
Eyni zamanda dünyada populyar olan “WhatsApp” və “Viber” messencerləri öz auditoriyasını müvafiq olaraq 700 və 200 milyonadək artırıblar və “Facebook Messenger” istifadəçilərinin sayı ildə 200 faiz yüksəlir. Çinin “WeChat” xidməti həmçinin populyarlaşıb və indi sürətlə populyarlaşan “Xiaomi” smartfonlarına avtomatik quraşdırılır.
Emil Hüseynov
Messencerlər gələcəyin əsas virtual ünsiyyət vasitəsi olacaq
Hələ 1996-cı ildə müasir internetin yaradıcılarından biri Tim Berners Li bildirmişdi ki, ümumdünya şəbəkəsinin əsas rolu insanları birləşdirməkdir. İnternetin bu funksiyası həmişə əsas olub və ani mesaj mübadilə proqramları bunu təcəssüm edib.Bu gün belə xidmətlərin populyarlaşmasını müşahidə etmək olar. “Facebook” öz messencerini istifadəyə verib və “WhatsApp” messencerini 19 milyard dollara satın alıb. ABŞ-da isə gənclər şəkil və video ilə mübadilə üçün “Snapchat”dan aktiv istifadə edirlər.
“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, zaman ötdükcə ani mesajlaşma xidmətləri sosial şəbəkələri tədricən sıxışdırır.
Messencerlər şəxsi yazışma, audio və videomesajların ötürülməsi üçün istifadə olunur və fərdi məlumatların təhlükəsizliyini təmin edir.
Messencerlərin əsas özəlliyi məlumatların təhlükəsizliyi və informasiyanın sürətli ötürülməsidir.
Amma messencerlərin populyarlaşması həm də mobil internetin yayılması ilə izah olunur. Məhz bu səbəbdən 2012-ci ilin sonundan dünyada göndərilən SMS-lərin sayı daima azalır.
Eyni zamanda dünyada populyar olan “WhatsApp” və “Viber” messencerləri öz auditoriyasını müvafiq olaraq 700 və 200 milyonadək artırıblar və “Facebook Messenger” istifadəçilərinin sayı ildə 200 faiz yüksəlir. Çinin “WeChat” xidməti həmçinin populyarlaşıb və indi sürətlə populyarlaşan “Xiaomi” smartfonlarına avtomatik quraşdırılır.
Emil Hüseynov
Baxış sayı: 608
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib