12px13px15px17px
Tarix:25/07/15

Avropada “TOR” brauzerinin yüksəksürətli analoqunu yaradıblar

İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssislər məxfi internetdən istifadə üçün yüksək sürətli brauzer hazırlayıb. İsveçrə və Britaniyadan tərtibatçılar komandası bildirib ki, populyar “Tor” anonim şəbəkəsində çatışmazlığı aradan qaldırmaq üsulunu tapıb.

“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, məxfi şəbəkələrdə internet sürətinin zəif olmasına səbəb ötürülən məlumatların dəfələrlə şifrələnməsidir. Avropalı tərtibatçılar iddia edir ki, onlar tərəfindən yaradılmış “Hornet” adlı sistem məlumatları nəzəri cəhətdən saniyədə 93 qiqabit sürətlə ötürülə bilər.

“Hornet” sistemi konseptual cəhətdən şəbəkədə öz məxfiliyini gizlətmək istəyən insanlar arasında populyar olan “The Onion Router”-ə (Tor) oxşardır. Ancaq istifadəçilərin sayının artımı şəbəkəni əlavə yükləyir və sistemin ümumi işini zəiflədir.

Məlumatların işlənməsinin yeni metodu bu problemi aradan qaldırmağa imkan verib.

Emil Hüseynov
 



Baxış sayı: 808

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024