12px13px15px17px
Tarix:25/07/15

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycan Respublikasının paytaxtında keçirilməsi barədə qərar qəbul edilib.
 

Tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir.
 

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində yüksək səviyyədə təşkilinin Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, Azərbaycan xalqının tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
 

1. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
 

Təşkilat Komitəsinin sədri

 

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
 

Təşkilat Komitəsinin üzvləri

 

Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
 

Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
 

Əli Şəfiyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini
 

İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
 

İltimas Məmmədov – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
 

Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini
 

İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
 

Elsevər Ağayev – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
 

Musa Pənahov – Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
 

Sevda Məmmədəliyeva – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
 

Əsgər Abdullayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
 

Gündüz İsmayılov – Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
 

Sədaqət Qəhrəmanova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
 

Pərviz Musayev – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
 

Fərhad Tağızadə – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
 

Samir Nuriyev – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
 

Əfqan Şahmarov – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi
 

Arif Məmmədov – "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti
 

Adil Kərimli – Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini
 

Vasif Eyvazzadə – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi
 

2. Təşkilat Komitəsi Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etsin.
 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti





Baxış sayı: 920

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024