12px13px15px17px
Tarix:27/07/15

Hər ikinci “iPhone” istifadəçisi öz həyatını smartfonsuz təsəvvür etmir

“Gallup” tədqiqat agentliyi amerikalı istehlakçılar arasında keçirilmiş sorğunun nəticələrini dərc edib. Məlum olub ki, respondentlərin 50 faizi telefonsuz yaşaya bilmir. Bu halda “iOS” və “Android” platforması ilə işləyən qurğu sahibləri smartfondan daha çox asılıdır.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, 18-29 (58 faiz) və 30-49 (54 faiz) yaşlı qadınlar smartfonlardan daha çox asılıdır.
 
“iPhone” istifadəçiləri smartfondan daha çox asılıdır. Respondentlərin 52 faizi öz həyatını smartfonsuz təsəvvür edtmir. “Android” platforması ilə işləyən aparat istifadəçiləri ikinci pillədə qərarlaşıb. “Blackberry” və “Windows Phone” qurğularının sahibləri telefondan daha az asılıdırlar (27 faiz).
 
Maraqlıdır ki, amerikalıların yarısı smartfondan əsasən hava proqnozunu öyrənmək üçün istifadə edir. Bundan başqa, istifadəçilərin 33 faizi smartfonda video izləyir.
 
Emil Hüseynov



Baxış sayı: 740

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024