Tarix:27/07/15
Bildirilir ki, hökumətin bu addımı ABŞ-ın “Microsoft” və Yaponiyanın “Sony”, "Nintendo” kimi istehsalçılarına məhsullarını (müvafiq olaraq Xbox, PlayStation və Wii) onlar üçün ən perspektivli bazarlardan birində satmağa imkan verəcək.
Əvvəllər xarici oyun konsolu istehsalçılarına yalnız Şanxay azad ticarət zonasında fəaliyyət göstərməyə icazə verilib və bununla əlaqədar Çin bazarında kompüter və mobil oyunlar yayılmağa başlayıb.
Çində oyun konsollarının satışına məhdudiyyət hökumətin onların ölkə ərazisində yayılmasını qadağan etdiyi 2000-ci ildən tətbiq edilib. Qərar oyun konsollarının Çin gənclərinə mənfi təsir göstərməsi ilə izah edilib.
“Newzoo BV” analitik şirkətinin məlumatına görə, Çinin oyun bazarı, o cümlədən mobil oyunlar və konsolların satışı bu ilin sonunadək 22,2 milyard dollara çatacaq. Artımın 2014-cü illə müqayisədə 23 faiz təşkil edəcəyi bildirilir, - "Lenta” yazır.
Çin oyun konsollarının satışına icazə verəcək
Çin hakimiyyəti videooyunlar üçün konsolların istehsalı və satışına qoyulan qadağanı ləğv edəcək. Yeni qaydalar həm yerli, həm də xarici şirkətlərə şamil olunacaq.Bildirilir ki, hökumətin bu addımı ABŞ-ın “Microsoft” və Yaponiyanın “Sony”, "Nintendo” kimi istehsalçılarına məhsullarını (müvafiq olaraq Xbox, PlayStation və Wii) onlar üçün ən perspektivli bazarlardan birində satmağa imkan verəcək.
Əvvəllər xarici oyun konsolu istehsalçılarına yalnız Şanxay azad ticarət zonasında fəaliyyət göstərməyə icazə verilib və bununla əlaqədar Çin bazarında kompüter və mobil oyunlar yayılmağa başlayıb.
Çində oyun konsollarının satışına məhdudiyyət hökumətin onların ölkə ərazisində yayılmasını qadağan etdiyi 2000-ci ildən tətbiq edilib. Qərar oyun konsollarının Çin gənclərinə mənfi təsir göstərməsi ilə izah edilib.
“Newzoo BV” analitik şirkətinin məlumatına görə, Çinin oyun bazarı, o cümlədən mobil oyunlar və konsolların satışı bu ilin sonunadək 22,2 milyard dollara çatacaq. Artımın 2014-cü illə müqayisədə 23 faiz təşkil edəcəyi bildirilir, - "Lenta” yazır.
Baxış sayı: 489
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır