12px13px15px17px
Tarix:27/07/15

“Toshiba” prezidenti maliyyə qalmaqalına görə istefa verib

Yaponiyanın “Toshiba” korporasiyasının prezidenti Hisao Tanaka maliyyə fırıldaqçılığı ilə əlaqədar yaranan qalmaqla görə istefaya gedib.
 
Keçirilə auditor yoxlamasından məlum olub ki, şirkət son altı ildə maliyyə hesabatlılığını təhrif edərək rəqəmləri süni şəkildə şişirdib. Artırılmış rəqəmlər nəticəsində şirkət qeyd olunan müddətdə yalnız kağızda mövcud olan 152 milyard yen (1,2 milyard dollar) mədaxil əldə etdiyini açıqlayıb.
 
Bundan başqa, H.Tanaka ilə birlikdə şirkətin iki top-meneceri vəzifəsini tərk edir. İstefa ərizələri şirkətin Direktorlar Şurasının növbədənkənar iclasında təqdim edilib. 
 
Şirkəti tərk edən menecerlər arasında "Toshiba”nın vitse-prezidenti Norio Sasaki də var. Onun istefasını Yaponiya iqtisadiyyat naziri Akira Amari şəxsən bəyan edib. Nazir həmçinin qeyd edib ki, N.Sasaki bütün hökumət komissiyalarında tutduğu vəzifələri də tərk edəcək, - “TASS” yazır.



Baxış sayı: 510

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024