12px13px15px17px
Tarix:27/07/15

Avropada 50 min taksi smartfondan “NFC” ödənişləri tətbiq edəcək

Yaxın vaxtlarda Avropa İttifaqı (Aİ) sakinləri taksidə gediş haqqını “NFC” çiplə inteqrasiya edilmiş smartfon vasitəsilə ödəyə biləcəklər. Bunun üçün mobil telefonda müvafiq əlavənin quraşdırılması tələb olunur.
 
Kontaktsız ödənişlər üçün mobil terminallar artıq Böyük Britaniya taksilərində quraşdırılıb. Ümumilikdə “NFC” ödənişlərdən Avropanın müxtəlif ölkələrində 50 min avtomobildə istifadə mümkün olacaq. Taksidə smartfonlarla yanaşı, kontaktsız plastik kartlardan istifadə etmək olar.
 
Müvafiq həll smartfon üçün ödəniş əlavəsindən başqa POS-terminal təklif edən "The Payment House” şirkəti tərəfindən hazırlanıb. Sistem “Digitax” taksometr tərtibatçısı sayəsində nəqliyyatdaşıma şirkətlərinin avtomobillərinə inteqrasiya ediləcək.
 
Servisin ilk sınaqları Böyük Britaniyada keçirilib. Smartfonlardan ödənişi əvvəlcə paytaxt London taksiləri qəbul etməyə başlayıb. Bir neçə həftə sonra onlara Nyukasl nəqliyyatdaşıma şirkətləri qoşulacaq.
 
Avqustun əvvəlindən etibarən həll tədricən bütün ölkədə yayılacaq, daha bir həftə sonra ödənişlərə Belçikanın qoşulması gözlənir.
 
“Near Field Communication” (NFC) - 10 santimetrə yaxın məsafədə yerləşən qurğular arasında məlumat mübadiləsinə imkan verən kiçik təsir radiuslu yüksəktezlikli simsiz rabitə sistemidir. Bu texnologiya ilə təchiz olunmuş qurğuların köməyi ilə istifadəçilər kontaktsız üsulla ödəniş edə (mal və ya xidmət, nəqliyyatda gediş haqqı və s. ödənişlər), eləcə də müxtəlif mallar haqqında məlumat ala bilərlər, - “Payspacemagazine”  yazır.



Baxış sayı: 636

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024