Tarix:28/07/15
Tədbirlər planına uyğun olaraq Bakı ətrafı kənd və qəsəbələrdə mövcud olan elektron ATS-lərin yeni nəsl şəbəkə avadanlığı əsasında yenidən rekonstruksiyası həyata keçirilib.
Bakı ətrafı yaşayış məntəqələrində sakinlərin keyfiyyətli rabitə xidməti ilə yanaşı yüksək keyfiyyətli internet xidmətləri ilə təmin edilməsi istiqamətində də işlər görülüb.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi genişzolaqlı rabitə xidmətlərinin göstərilməsini genişləndirmək üçün ATS-lərdə ADSL avadanlıqlarının montaj tutumlarının sayını 207640 ədədə çatdırıb. Artıq montaj olunmuş portların 91 faizi istifadəyə verilib. Kənar provayderlərə (operatorlara) məxsus ADSL-lər də nəzərə alındıqda BTRİB şəbəkəsində genişzolaqlı xidmətlərdən istifadə etmək imkanlığı 380640 porta çatdırılıb.
BTRİB şəbəkəsində 2014-cü ilin sonunda istismara verilən yeni internet platforması ayrılmış xətt və ya optika üzərindən internet xidmətlərinin məhdudiyyətsiz göstərilməsi imkanı yaratdığına görə bu ilin I yarımilliyində internet xidmətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 45 faiz, istifadəçilərin sayı isə 72 faiz artıb.
Hal-hazırda BTRİB istifadəçilərə ayda 2,5 mln. manat həcmində internet xidmətləri göstərir. Keçən ilin müvafiq dövrünə nisbətən cari ilin 6 ayında BTRİB üzrə internet xidmətlərindən əldə edilmiş gəlirlərin həcmi 1,2 mln. manat və ya 8,3 faiz artıb.
RƏVAN
BTRİB şəbəkəsində genişzolaqlı xidmətlərdən istifadə etmək imkanlığı 380640 porta çatdırılıb
Bakının telekommunikasiya şəbəkəsinin daha da inkişaf etdirilməsi məqsədi ilə layihələrin icrası davam etdirilir.Tədbirlər planına uyğun olaraq Bakı ətrafı kənd və qəsəbələrdə mövcud olan elektron ATS-lərin yeni nəsl şəbəkə avadanlığı əsasında yenidən rekonstruksiyası həyata keçirilib.
Bakı ətrafı yaşayış məntəqələrində sakinlərin keyfiyyətli rabitə xidməti ilə yanaşı yüksək keyfiyyətli internet xidmətləri ilə təmin edilməsi istiqamətində də işlər görülüb.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi genişzolaqlı rabitə xidmətlərinin göstərilməsini genişləndirmək üçün ATS-lərdə ADSL avadanlıqlarının montaj tutumlarının sayını 207640 ədədə çatdırıb. Artıq montaj olunmuş portların 91 faizi istifadəyə verilib. Kənar provayderlərə (operatorlara) məxsus ADSL-lər də nəzərə alındıqda BTRİB şəbəkəsində genişzolaqlı xidmətlərdən istifadə etmək imkanlığı 380640 porta çatdırılıb.
BTRİB şəbəkəsində 2014-cü ilin sonunda istismara verilən yeni internet platforması ayrılmış xətt və ya optika üzərindən internet xidmətlərinin məhdudiyyətsiz göstərilməsi imkanı yaratdığına görə bu ilin I yarımilliyində internet xidmətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 45 faiz, istifadəçilərin sayı isə 72 faiz artıb.
Hal-hazırda BTRİB istifadəçilərə ayda 2,5 mln. manat həcmində internet xidmətləri göstərir. Keçən ilin müvafiq dövrünə nisbətən cari ilin 6 ayında BTRİB üzrə internet xidmətlərindən əldə edilmiş gəlirlərin həcmi 1,2 mln. manat və ya 8,3 faiz artıb.
RƏVAN
Baxış sayı: 839
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı