Tarix:28/07/15
Belə ki, mart ayından başlayaraq iyul ayınadək onlar üçün yeddi texnoloji istiqamət üzrə 34 vebinar və seminar təşkil olunub. Treninqlər əşyaların interneti, rabitə operatorları üçün “Cisco” həlləri, simsiz şəbəkələr, informasiya təhlükəsizliyi, birgə iş üçün texnologiyalar, korporativ şəbəkələr infrastrukturu və verilənlərin emalı mərkəzləri istiqamətləri üzrə mövzuları əhatə edib.
“Cisco Expo Learning Club” layihəsinin yaz mövsümünü fərqləndirən xüsusiyyət ondan ibarət idi ki, tədbirlər yeni “tektorial” formatında keçirilirdi (ənənəvi seminarlardan fərqli olaraq “tektorial” mövzunun daha dərindən öyrənilməsini təmin edən texniki təlimdir). Bundan əlavə, ötən mövsümdə fiziki iştiraketmə effektli videoəlaqəni təmin edə bilən “CiscoTelePresence” sisteminin yardımı ilə verilənlərin emalı mərkəzlərinə həsr edilmiş bir neçə seminar da keçirilib.
“Cisco Expo Learning Club” seminarlarının yaz mövsümü dinləyicilər tərəfindən də yüksək qiymətləndirilib. Nəticədə, “Cisco Expo Learning Club” layihəsinə qoşulanların hazırda sayı 19 mini keçir”, - deyə proqramın əlaqələndiricisi Nataliya Nikiforenko qeyd edib.
Məlumat üçün bildirək ki, “Cisco Expo Learning Club” təhsil layihəsinin yaz mövsümünün materialları “http://ciscoclub.ru/materials_of_past_seminars” səhifəsində yerləşdirilib.
Xatırladaq ki, “Cisco Expo Learning Club” təhsil layihəsi 2009-cu ilin fevralında başlayıb və həmin vaxtdan Rusiya Federasiyası və qonşu ölkələrin ərazisində fəaliyyət göstərən və İT mütəxəssislərin ixtisaslarının artırılmasına istiqamətlənən ən irimiqyaslı instituta çevrilib (hazırda klub iştirakçılarının sayı 19329 nəfər təşkil edir). “Cisco WebEx” internet xidmətinin tətbiqi sayəsində klubun iştirakçıları zaman və pul vəsaiti sərf edib Moskvaya getmək zəruriyyətindən qurtulmuş oldular.
Qeyd etmək lazımdır ki, “Cisco Expo Learning Club” proqramında iştirak pulsuzdur. Qeydiyyat “http://ciscoclub.ru/user/register” saytında keçirilir.
MDB ölkələrinin 4,1 min İT mütəxəssisi “Cisco Expo Learning Club” vasitəsi ilə biliklərini artırıb
“Cisco Expo Learning Club” təhsil layihəsi çərçivəsində “CiscoWebEx” texnologiyası vasitəsi ilə MDB-nin müxtəlif ölkələrini təmsil edən 4130 İT mütəxəssis və rəhbər texnoloji biliklərini artırıb.Belə ki, mart ayından başlayaraq iyul ayınadək onlar üçün yeddi texnoloji istiqamət üzrə 34 vebinar və seminar təşkil olunub. Treninqlər əşyaların interneti, rabitə operatorları üçün “Cisco” həlləri, simsiz şəbəkələr, informasiya təhlükəsizliyi, birgə iş üçün texnologiyalar, korporativ şəbəkələr infrastrukturu və verilənlərin emalı mərkəzləri istiqamətləri üzrə mövzuları əhatə edib.
“Cisco Expo Learning Club” layihəsinin yaz mövsümünü fərqləndirən xüsusiyyət ondan ibarət idi ki, tədbirlər yeni “tektorial” formatında keçirilirdi (ənənəvi seminarlardan fərqli olaraq “tektorial” mövzunun daha dərindən öyrənilməsini təmin edən texniki təlimdir). Bundan əlavə, ötən mövsümdə fiziki iştiraketmə effektli videoəlaqəni təmin edə bilən “CiscoTelePresence” sisteminin yardımı ilə verilənlərin emalı mərkəzlərinə həsr edilmiş bir neçə seminar da keçirilib.
“Cisco Expo Learning Club” seminarlarının yaz mövsümü dinləyicilər tərəfindən də yüksək qiymətləndirilib. Nəticədə, “Cisco Expo Learning Club” layihəsinə qoşulanların hazırda sayı 19 mini keçir”, - deyə proqramın əlaqələndiricisi Nataliya Nikiforenko qeyd edib.
Məlumat üçün bildirək ki, “Cisco Expo Learning Club” təhsil layihəsinin yaz mövsümünün materialları “http://ciscoclub.ru/materials_of_past_seminars” səhifəsində yerləşdirilib.
Xatırladaq ki, “Cisco Expo Learning Club” təhsil layihəsi 2009-cu ilin fevralında başlayıb və həmin vaxtdan Rusiya Federasiyası və qonşu ölkələrin ərazisində fəaliyyət göstərən və İT mütəxəssislərin ixtisaslarının artırılmasına istiqamətlənən ən irimiqyaslı instituta çevrilib (hazırda klub iştirakçılarının sayı 19329 nəfər təşkil edir). “Cisco WebEx” internet xidmətinin tətbiqi sayəsində klubun iştirakçıları zaman və pul vəsaiti sərf edib Moskvaya getmək zəruriyyətindən qurtulmuş oldular.
Qeyd etmək lazımdır ki, “Cisco Expo Learning Club” proqramında iştirak pulsuzdur. Qeydiyyat “http://ciscoclub.ru/user/register” saytında keçirilir.
Baxış sayı: 704
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır