12px13px15px17px
Tarix:28/07/15

Azərbaycanlı mütəxəssislər Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təcrübə keçəcəklər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrindən olan əməkdaşlar Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) ezam olunacaq.
 
 
Akademiyadan bildirilib ki, bu ilin iyun ayında AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşları Nicat Həsənzadə və Səbuhi Nuriyev bir il müddətə BNTİ-nin “Neytron fizikası” laboratoriyasında mühəndislik təcrübəsi keçmək üçün ezam olunublar. Avqust ayında institutun əməkdaşı Ramin Əkbərov “Yüksək enerjilər fizikası” laboratoriyasında bir illik, sentyabr ayında isə institutun digər əməkdaşları Asif  Nəbiyev və Samir Səmədov “Neytron fizikası” laboratoriyasında üç aylıq müddətə mühəndislik təcrübəsi keçmək üçün ezam ediləcəklər.
 
Həmçinin AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşı Fuad Əliyev “Neytron fizikası” laboratoriyasında mühəndislik təcrübəsi keçmək üçün bir illik müddətə ezam olunacaq.
 
Bundan başqa, AMEA-nın Fizika İnstitutunun əməkdaşları Suma Hüseynova “Nəzəri fizika” laboratoriyasında, Ramiz Hüseynov isə “Neytron fizikası” laboratoriyasında üç ay müddətə elmi işçi təcrübəsi keçəcəklər.
 
 
Xatırladaq ki, bu ilin may ayında Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti AMEA-da olub. Görüşdə məqsəd Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, BNTİ-də Azərbaycan Respublikasının tam səlahiyyətli nümayəndəsi Nazim Məmmədovun təşəbbüsü ilə bu il birgə tədqiqatlar aparmaq üçün BNTİ-yə uzunmüddətli ezam olunacaq namizədlərlə görüşüb müsahibə aparmaq və onlar arasında seçim etmək, həmçinin nüvə fizikası sahəsində əməkdaşlığı inkişaf etdirmək və gələcəkdə birgə görüləcək işlərin perspektivlərini müəyyənləşdirmək olub.
 
Azərbaycan və Rusiya tərəfindən olan ekspert və işçi qrupunun iştirakı ilə aparılan müsahibələr və dinləmələr nəticəsində çoxsaylı namizədlər arasından 8 nəfər BNTİ-də təcrübə keçmək hüququ qazanıb.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 271

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Avqust 2019

21 08 2019

21/08/19
Şəhərdə vəziyyəti izləyən və onun sakinlərini müdafiə edən “ağıllı” küçə fənərləri təqdim edilib

“Sapphire Now and ASUS” illik konfransında “Signifiy BrightSites” şirkətinin istehsalı olan küçə fənərləri t

21/08/19
Kvant interneti üçün ilk protokol yaradılıb

Niderlandın “QuTech” tədqiqat mərkəzi kvant internetinin yaradılması məqsədilə yeni texnologiya təqdim edib.

21/08/19
Smartfonların beynin aktivliyinə təsiri araşdırılıb

ABŞ-ın Ratqers Universitetinin alimlərinin qənaətinə görə, fasilədə istirahət etmək üçün mobil telefondan

21/08/19
Məqsədyönlü kiberhücumların payı artır

“Positive Technologies” şirkəti cari ilin ikinci rübündə kibertəhdidlərin inkişafı haqqında hesabat açıql

21/08/19
Smartfonda az yer tutan “Google Go” proqramı əlçatan olub

Smartfonun daimi yaddaşında 7 MB yer tutan, “Android” sistemi ilə işləyən qurğularda “Google”un standart

21/08/19
“Microsoft” şirkəti spam mesajlarını filtrdən keçirmək imkanına malik proqram təqdim edib

“Microsoft” şirkəti spam mesajları filterdən keçirmək imkanına malik "SMS Organizer" mobil tətbiqini “An

21/08/19
Süni intellekt üçün ən böyük prosessor təqdim edilib

“Cerebras” şirkəti “Hot Chips” konfransında 1,2 trilyon tranzistorun quraşdırıldığı və məxsusi olaraq sün

21/08/19
Videomüşahidə sistemləri üçün süni intellekt həlli hazırlanır

“NetApp” və “Bosch Building Technologies” şirkətləri müasir videomüşahidə sistemləri üçün təh