12px13px15px17px
Tarix:28/07/15

Mərkəzi Elmi Kitabxananın direktoru: “Gənclər internet resurslardan düzgün faydalanmalıdır”

AMEA Mərkəzi Elmi Kitabxanasında Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sosial media və milli dəyərlər” mövzusunda təlimlərə başlanılıb.


Tədbirdə layihənin rəhbəri, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Baba Əliyev bildirib ki, dörd gün davam edəcək təlimlər çərçivəsində iştirakçılara sosial mediadan səmərəli və düzgün istifadə qaydaları, milli dəyərlərin qorunması istiqamətində maarifləndirmə işlərinin aparılması ilə bağlı məlumatlar veriləcək.
 
Qeyd olunub ki, Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, dövlətimiz və onun milli maraqları üçün gəncliyin daima axtarışda olması vacib amillərdəndir. Sosial media şəbəkəsinin genişləndirilməsi, informasiyanın insanlara daha tez çatdırılması, dəqiq və qərəzsiz olması çox mühümdür.
 
 
 
Sonra çıxış edən MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova layihənin əhəmiyyətindən danışıb. Sosial medianın həyatımızın önəmli hissəsinə çevrildiyini söyləyən L.İmanova gəncləri internet resurslardan düzgün faydalanmağa səsləyib.
 
 
Müasir dövrdə gəncləri sosial media sahəsində milli maraqların təbliğatçısına çevirməyin, Azərbaycanın daxili və xarici uğurlarını sosial şəbəkələr vasitəsi ilə dünyaya çatdırmağın əhəmiyyəti qeyd olunub.
 
 
AMEA-nın idarə heyətinin üzvü, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə  Əlimərdanova gənclərin maarifləndirilməsi işində mühüm rolu olan bu cür  tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.
 
 
Təlim çərçivəsində Onlayn məsələlərlə iş departamentinin rəhbəri, yeni media üzrə ekspert Ellada Mustafayeva “Sosial media – ümumi anlayışlar” adlı təqdimatla çıxış edib.
 
 Sosial medianın cəmiyyətin demək olar ki, bütün sahələrinin inkişafına öz təsirini göstərdiyini deyən E.Mustafayeva son illərdə ənənəvi media və sürətlə inkişaf edən sosial media arasındakı qarşılıqlı əlaqələrdən danışıb.

O, bildirib ki, yeni media bir çox üstün cəhətləri ilə diqqəti cəlb edir və müasir dövrdə sosial jurnalistika artıq sosial platformaya çevrilir.
 
E.Mustafayeva, həmçinin sosial medianın inkişafı, bloqların yaradılması və s. ilə bağlı məlumatlar verib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 690

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024