Tarix:29/07/15
"ICTnews" elektron xəbər xidmətinin "www.infocity.az" saytına istinadən verdiyi məlumata əsasən, "Microsoft Imagine Cup" müsabiqəsi yuxarı sinif şagirdləri və tələbələr üçün 2003-cü ildən etibarən keçirilir. Müsabiqə müxtəlif kateqoriyalar üzrə iki mərhələdə aparılır. Bu il müsabiqənin finalına çıxan 33 komanda arasında "Spinal" adlanan kompleks həllin müəllifi olan Azərbaycanın "NoObs" komandası da var.
"Spinal" qurğusu onurğa sütunun vəziyyətinə nəzarət edən ötürücü dəstindən ibarətdir. Belə ki, insan onurğa sütununa mənfi təsir göstərən vəziyyətdə oturduqda "Bluetooth" modulu vasitəsi ilə "Windows Phone" əməliyyat sistemi üzərində işləyən smartfona siqnallar daxil olur.
Müsabiqənin qalibləri tutduqları yerdən asılı olaraq 50 min, 10 min və 5 min dollar məbləğində pul makafatı alacaqlar. Bundan başqa, "Microsoft" qaliblərə ABŞ-da startap-aksellerator təqdim edəcək.
Aynur Vəliyeva
Azərbaycanın iştirak etdiyi “Microsoft Imagine Cup 2015”-in finalı keçiriləcək
Bu gün Sietlda (ABŞ, Vaşinqton ştatı) "Microsoft"-un baş ofisində Azərbaycan tələbələrinin də layihəsini təqdim etdiyi "Imagine Cup 2015" müsabiqəsinin finalı keçiriləcək."ICTnews" elektron xəbər xidmətinin "www.infocity.az" saytına istinadən verdiyi məlumata əsasən, "Microsoft Imagine Cup" müsabiqəsi yuxarı sinif şagirdləri və tələbələr üçün 2003-cü ildən etibarən keçirilir. Müsabiqə müxtəlif kateqoriyalar üzrə iki mərhələdə aparılır. Bu il müsabiqənin finalına çıxan 33 komanda arasında "Spinal" adlanan kompleks həllin müəllifi olan Azərbaycanın "NoObs" komandası da var.
"Spinal" qurğusu onurğa sütunun vəziyyətinə nəzarət edən ötürücü dəstindən ibarətdir. Belə ki, insan onurğa sütununa mənfi təsir göstərən vəziyyətdə oturduqda "Bluetooth" modulu vasitəsi ilə "Windows Phone" əməliyyat sistemi üzərində işləyən smartfona siqnallar daxil olur.
Müsabiqənin qalibləri tutduqları yerdən asılı olaraq 50 min, 10 min və 5 min dollar məbləğində pul makafatı alacaqlar. Bundan başqa, "Microsoft" qaliblərə ABŞ-da startap-aksellerator təqdim edəcək.
Aynur Vəliyeva
Baxış sayı: 743
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır