Tarix:30/07/15
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, bu haqda cari ilin ikinci rübündə “Facebook” şirkətinin nəticələrinə həsr edilmiş konfransda Mark Zukerberq deyib.
"Hesab edirəm ki, videodan sonra üçölçülü informasiya məkanı növbəti yenilik olacaq. İnsanlar həmişə öz fikirlərini paylaşmaq və kommunikasiya üçün yeni imkanlar axtarıblar. Biz fotodan videoya keçdik. Ancaq bu, hələ son deyil. Növbəti yenilik üçölçülü virtual reallıqdır".
2014-cü il yazında “Facebook” “Oculus Rift” virtual reallıq şleminin yaradıcısı kimi tanınan “Oculus VR” şirkətini 2 milyard dollara satın alıb. İndi “Facebook” bu texnologiyanın təkmilləşdirilməsinə böyük vəsait yatırır.
Zukerberqin planlarına əsasən, 2016-cı ilin birinci yarısında “Facebook” şəbəkəsində virtual reallıq platforması yaradılacaq.
Mütəxəssislər bildirir ki, əgər “Facebook” virtual reallıq proqramlarını ilk işə salsa dünya şəbəkəsində rəqiblərini geridə qoyacaq.
Emil Hüseynov
“Facebook” üçölçülü virtual reallıq xidmətini işə salacaq
“Facebook” şirkəti internetdə yeni kommunikasiya növünü (üçölçülü virtual reallıq) inkişaf etdirməyi qarşısına məqsəd qoyub."ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, bu haqda cari ilin ikinci rübündə “Facebook” şirkətinin nəticələrinə həsr edilmiş konfransda Mark Zukerberq deyib.
"Hesab edirəm ki, videodan sonra üçölçülü informasiya məkanı növbəti yenilik olacaq. İnsanlar həmişə öz fikirlərini paylaşmaq və kommunikasiya üçün yeni imkanlar axtarıblar. Biz fotodan videoya keçdik. Ancaq bu, hələ son deyil. Növbəti yenilik üçölçülü virtual reallıqdır".
2014-cü il yazında “Facebook” “Oculus Rift” virtual reallıq şleminin yaradıcısı kimi tanınan “Oculus VR” şirkətini 2 milyard dollara satın alıb. İndi “Facebook” bu texnologiyanın təkmilləşdirilməsinə böyük vəsait yatırır.
Zukerberqin planlarına əsasən, 2016-cı ilin birinci yarısında “Facebook” şəbəkəsində virtual reallıq platforması yaradılacaq.
Mütəxəssislər bildirir ki, əgər “Facebook” virtual reallıq proqramlarını ilk işə salsa dünya şəbəkəsində rəqiblərini geridə qoyacaq.
Emil Hüseynov
Baxış sayı: 654
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib