Tarix:31/07/15
“Bütün Şri-Lanka adası cənubdan şimala doğru "Google Loon” metodikasının köməyi ilə yüksəksürətli internetlə təmin ediləcək. Bununla Şri-Lanka Cənubi Asiyanın internetlə tam əhatə olunan ilk ölkəsi olacaq”, - Şri-Lanka yüksək texnologiyalar naziri Manqala Samereveera bildirib.
Hava şarlarına həmçinin yerli internet provayderləri qoşulacaq ki, bu da onlar tərəfindən təqdim edilən rabitə xidmətlərinin sürətini və keyfiyyətini artıracaq.
2016-cı ilin martında hazır olacaq aerostatlar kommersiya təyyarələrinin uçuş səviyyəsini iki dəfə üstələyən yüksəkliyə qaldırılacaq.
Şri-Lanka sakinlərinin internet çıxışı ilə təmin edilməsi "Project Loon” proqramının tərkib hissəsidir. Proqram çərçivəsində “Google” günəş batareyalarından qidalanan yüksək texnologiyalı avadanlıqla təchiz edilmiş aerostatlar vasitəsilə internetin paylanmasını həyata keçirir. Şirkət nümayəndələrinin sözlərinə görə, layihə Yer kürəsinin ucqar və ya yoxsul regionlarının sakinlərini internetdən yararlanmaq imkanı ilə təmin edəcək. İnternetin sürəti üçüncü nəsil mobil şəbəkələrində olduğu kimi olacaq.
“Project Loon” layihəsinin sınaqları 2013-cü ildə Yeni Zelandiyada keçirilib. “Google” Kenterberi regionunda yerli sakinlərdən olan 50 könüllünü internetlə təmin edən 30 şar buraxıb.
Şri-Lanka əhalisinin sayı 20 milyon nəfər təşkil edir. Mobil şəbəkələr vasitəsilə internetə 2,8 milyon istifadəçi daxil olduğu halda ölkə əhalisinin yalnız 606 mini optik-lif qoşulmaları ilə internetdən yararlana bilir, - "Lenta” yazır.
“Google” hava şarları ilə Şri-Lankanı internetlə təmin edəcək
“Google” internet şirkəti Şri-Lanka sakinlərini yüksəksürətli internet çıxışı ilə təmin edəcək. Şəbəkəyə giriş Hind okeanı üzərində buraxılan hava şarları ilə həyata keçiriləcək.“Bütün Şri-Lanka adası cənubdan şimala doğru "Google Loon” metodikasının köməyi ilə yüksəksürətli internetlə təmin ediləcək. Bununla Şri-Lanka Cənubi Asiyanın internetlə tam əhatə olunan ilk ölkəsi olacaq”, - Şri-Lanka yüksək texnologiyalar naziri Manqala Samereveera bildirib.
Hava şarlarına həmçinin yerli internet provayderləri qoşulacaq ki, bu da onlar tərəfindən təqdim edilən rabitə xidmətlərinin sürətini və keyfiyyətini artıracaq.
2016-cı ilin martında hazır olacaq aerostatlar kommersiya təyyarələrinin uçuş səviyyəsini iki dəfə üstələyən yüksəkliyə qaldırılacaq.
Şri-Lanka sakinlərinin internet çıxışı ilə təmin edilməsi "Project Loon” proqramının tərkib hissəsidir. Proqram çərçivəsində “Google” günəş batareyalarından qidalanan yüksək texnologiyalı avadanlıqla təchiz edilmiş aerostatlar vasitəsilə internetin paylanmasını həyata keçirir. Şirkət nümayəndələrinin sözlərinə görə, layihə Yer kürəsinin ucqar və ya yoxsul regionlarının sakinlərini internetdən yararlanmaq imkanı ilə təmin edəcək. İnternetin sürəti üçüncü nəsil mobil şəbəkələrində olduğu kimi olacaq.
“Project Loon” layihəsinin sınaqları 2013-cü ildə Yeni Zelandiyada keçirilib. “Google” Kenterberi regionunda yerli sakinlərdən olan 50 könüllünü internetlə təmin edən 30 şar buraxıb.
Şri-Lanka əhalisinin sayı 20 milyon nəfər təşkil edir. Mobil şəbəkələr vasitəsilə internetə 2,8 milyon istifadəçi daxil olduğu halda ölkə əhalisinin yalnız 606 mini optik-lif qoşulmaları ilə internetdən yararlana bilir, - "Lenta” yazır.
Baxış sayı: 682
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib