12px13px15px17px
Tarix:31/07/15

Azərbaycan “Microsoft Imagine Cup 2015”-in qaliblərindən biri oldu

İyulun 29-da Sietlda (ABŞ, Vaşinqton ştatı) “Microsoft”-un baş ofisində keçirilən “Imagine Cup 2015” müsabiqəsində Azərbaycan tələbələrinin layihəsi  qaliblərdən biri oldu.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, Azərbaycanın “NoObs” komandası ilk dəfə iştirak etdiyi beynəlxalq müsabiqədə ikinci yeri tutub. “NoObs” müsabiqənin finalına “Spinal” adlanan kompleks həlli ilə çıxıb. Məlumat üçün bildirək ki, “Spinal” qurğusu onurğa sütunun vəziyyətinə nəzarət edən ötürücü dəstindən ibarətdir. İnsan onurğa sütununa mənfi təsir göstərən vəziyyətdə oturduqda “Bluetooth” modulu vasitəsi ilə “Windows Phone” əməliyyat sistemi üzərində işləyən smartfona siqnallar daxil olur. Qeyd edək ki, “NoObs” 33 komanda arasından seçilib.

Müsabiqənin qalibləri tutduqları yerdən asılı olaraq 50 min, 10 min və 5 min dollar məbləğində pul makafatı alacaqlar. Bundan başqa, “Microsoft” qaliblərə ABŞ-da startap-aksellerator təqdim edəcək.
 
“Microsoft Imagine Cup” müsabiqəsi yuxarı sinif şagirdləri və tələbələr üçün 2003-cü ildən etibarən keçirilir. Müsabiqə müxtəlif kateqoriyalar üzrə iki mərhələdə reallaşır.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 949

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024