12px13px15px17px
Tarix:04/08/15

Azərbaycan startapı 1,5 milyon dollarlıq sərmayə uğrunda rəqabət aparmaq imkanı əldə edə bilər

Avqustun 7-də Bakıda "Seedstars World” müsabiqəsinin lokal versiyası keçiriləcək.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan Diplomatik Akademiyasının, “Azercell Telekom” şirkətinin, “PashaBank”-ın və “Khazar Ventures”-in təşkilatçılığı ilə keçiriləcək tədbirdə 12 yerli uğurlu startap yerli və beynəlxalq jüriyə təqdim ediləcək.  
 
Müsabiqənin iştirakçılarından birinə qalib olaraq İsveçrəyə bilet qazanmaq imkanı nəsib olacaq və o, 1,5 milyon dollar məbləğində sərmayə uğrunda mübarizə aparmaq imkanı əldə edəcək.
 
“Seedstars Word”-ün baş direktoru Alisi Tonakın sözlərinə əsasən, layihənin əsas məqsədi sahibkarlara dəstək olmaq və onların vahid şəbəkə çərçivəsində bir mühitdə əməkdaşlığını təşkil etməkdir.
 
Bakıda keçiriləcək tədbirdə jüri qismində “Golden Pay” şirkətinin baş direktoru Fərid İsmayılzadə, “PASHA Bank”-ın korporativ kommunukasiyalar üzrə meneceri Ceyhun Atayev, “Seedstars World”-ün regional meneceri Con Çehaybar,  “Khazar Ventures”-in rəhbər tərəfdaşı Nail Vəliyev,  “Azercell”-in yeni texnologiyalar bölümünün rəhbəri Cəmaladdin Həsənov, Bakı Dövlət Universitetinin professoru  Aynur Kərimova, “ADA Foundation”-ın prezidenti Natiq Hacıyev çıxış edəcəklər.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 572

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024