12px13px15px17px
Tarix:04/08/15

İyulda 40 mindən artıq mobil cihazın “IMEI” kodu yoxlanılıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mobil cihazlarla bağlı bir elektron xidmətinin növbəti statistikası bəlli olub.
 
 
Ənənəvi olaraq “Elektron hökumət” portalında nazirliyin ən çox istifadə olunan e-xidmətlərindən olan “Mobil cihazların IMEI kodunun yoxlanılması”  xidmətindən iyul ayında vətəndaşlar 40324 dəfə yararlanıb.
 
 
Bu xidmətlə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə etmək mümkündür. Bunun üçün portalda həmin elektron xidməti seçib, telefonun “IMEI” kodunu müvafiq xanaya daxil edərək yoxla düyməsini seçmək lazım gəlir.
 
 
Qeyd edək ki, sözügedən xidmətdən istifadə üçün “Elektron hökumət” portalında autenfikasiyadan keçmək tələb olunmur.
 
 
CAHANGİR
 
 



Baxış sayı: 832

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024