Tarix:04/08/15
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Naxçıvanın mərkəzi küçələrində yaradılmış yeni yerüstü piyada keçidlərindən piyadaların düzgün istifadəsini təmin etmək məqsədi ilə və onların cərimələrdən yayınmasının qarşısını almaq üçün planşetlərdən istifadə etmək qərarına gəlib.
Planşetlər vasitəsi ilə yol- nəqliyyat qaydalarını pozan piyadaların özləri haqda verdikləri məlumat yoxlanılır və piyadanın üzərində sənədləri olmadığı halda belə, vətəndaş üçün protokol tərtib edilir.
Bu tədbirlərin görülməsində əsas məqsəd insanların təhlükəsizliyini təmin etməkdir. Yol infrastrukturunun tamamilə yenidən qurulması, magistral yollarda sürətölçən radar sisteminin və nəzarət-izləmə kameralarının quraşdırılması, Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının nəqliyyat və müasir texniki avadanlıqla təmin olunması hərəkətin təhlükəsizliyinə və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına xidmət edir.
Qeyd edək ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakıda planşetlərin bu məqsədlə istifadəsinə artıq bir neçə ildir ki başlayıb və bu tədbirlər artıq öz nəticəsini göstərib və piyadalar artıq həvəslə yerüstü və yeraltı keçidlərdən istifadə edirlər.
Aynur Vəliyeva
Naxçıvan Dövlət Yol Polisi İdarəsi planşetlərdən istifadə etməyə başlayıb
Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat sisteminin işinin təkmilləşdirilməsi məqsədi ilə müasir texnologiyalardan istifadə edilir.“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Naxçıvanın mərkəzi küçələrində yaradılmış yeni yerüstü piyada keçidlərindən piyadaların düzgün istifadəsini təmin etmək məqsədi ilə və onların cərimələrdən yayınmasının qarşısını almaq üçün planşetlərdən istifadə etmək qərarına gəlib.
Planşetlər vasitəsi ilə yol- nəqliyyat qaydalarını pozan piyadaların özləri haqda verdikləri məlumat yoxlanılır və piyadanın üzərində sənədləri olmadığı halda belə, vətəndaş üçün protokol tərtib edilir.
Bu tədbirlərin görülməsində əsas məqsəd insanların təhlükəsizliyini təmin etməkdir. Yol infrastrukturunun tamamilə yenidən qurulması, magistral yollarda sürətölçən radar sisteminin və nəzarət-izləmə kameralarının quraşdırılması, Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının nəqliyyat və müasir texniki avadanlıqla təmin olunması hərəkətin təhlükəsizliyinə və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına xidmət edir.
Qeyd edək ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakıda planşetlərin bu məqsədlə istifadəsinə artıq bir neçə ildir ki başlayıb və bu tədbirlər artıq öz nəticəsini göstərib və piyadalar artıq həvəslə yerüstü və yeraltı keçidlərdən istifadə edirlər.
Aynur Vəliyeva
Baxış sayı: 573
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır