Tarix:04/08/15
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, bu günlərdə məlum olub ki, “IBM”-in əməkdaşları Amerika şirkətlərinin korporativ bazarda əməkdaşlığı çərçivəsində tədricən “Apple” kompüterlərinə keçirlər.
“MacRumors” portalı “IBM”-in İT direktoru Jef Smitin “Apple” şirkətindəki həmkarı Nil O’Konnor ilə görüşü haqda bəhs etdiyi videoçarxı təqdim edib. Görüşdə şirkətlər “Mac” qurğuların korporativ satınalmaları məsələlərini müzakirə ediblər.
“Mən, “Mac”-dan istifadə edə bilən hər bir əməkdaşın onu əldə edə bilməsini istəyirdim. Bunun üçün biz bu qurğuların ümumi dəyərinin fərdi kompüter səviyyəsinə və ya daha aşağı qiymətə azalmasının yolunu tapmalı idik. Siz mənə bunda kömək edə bilərsiniz, çünki bu qurğular ilə yaxşı tanışsınız”, - deyə Smit O’Konnora bildirib.
İki həftə sonra şirkətlər “IBM”-in ofisində müqavilə imzalayıblar.
Bu ilin may ayında “IBM” rəhbərliyi əməkdaşlarına “MacBook Pro/Air” və “Windows” və ya “Linux” üzərində işləyən fərdi kompüterlər arasında seçim etməyi təklif edib. Bunun nəticəsində məlum olub ki, “IBM”-in 15 min əməkdaşı “Makintoş” istifadəçisidir, ilin sonunadək isə onların sayını 50 minədək artırmaq planlaşdırılır.
Jef Smit həmçinin bildirib ki, “IBM”-də işləyən 50%-dən 75%-dək insan “Lenovo ThinkPad” qurğularlını “MacBook”-a dəyişdirə bilərlər. Bu ilin iyun ayının sonuna olan məlumata əsasən, “IBM”-in ştatında 380 minədək insan olub.
Aynur Vəliyeva
“IBM” əməkdaşlarını “Lenovo” kompüterlərindən “Apple”-ə keçirir
Dünyanın aparıcı İT şirkətlərindən biri olan “IBM” şirkəti ildə 200 minədək “Makintoş” alır.“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, bu günlərdə məlum olub ki, “IBM”-in əməkdaşları Amerika şirkətlərinin korporativ bazarda əməkdaşlığı çərçivəsində tədricən “Apple” kompüterlərinə keçirlər.
“MacRumors” portalı “IBM”-in İT direktoru Jef Smitin “Apple” şirkətindəki həmkarı Nil O’Konnor ilə görüşü haqda bəhs etdiyi videoçarxı təqdim edib. Görüşdə şirkətlər “Mac” qurğuların korporativ satınalmaları məsələlərini müzakirə ediblər.
“Mən, “Mac”-dan istifadə edə bilən hər bir əməkdaşın onu əldə edə bilməsini istəyirdim. Bunun üçün biz bu qurğuların ümumi dəyərinin fərdi kompüter səviyyəsinə və ya daha aşağı qiymətə azalmasının yolunu tapmalı idik. Siz mənə bunda kömək edə bilərsiniz, çünki bu qurğular ilə yaxşı tanışsınız”, - deyə Smit O’Konnora bildirib.
İki həftə sonra şirkətlər “IBM”-in ofisində müqavilə imzalayıblar.
Bu ilin may ayında “IBM” rəhbərliyi əməkdaşlarına “MacBook Pro/Air” və “Windows” və ya “Linux” üzərində işləyən fərdi kompüterlər arasında seçim etməyi təklif edib. Bunun nəticəsində məlum olub ki, “IBM”-in 15 min əməkdaşı “Makintoş” istifadəçisidir, ilin sonunadək isə onların sayını 50 minədək artırmaq planlaşdırılır.
Jef Smit həmçinin bildirib ki, “IBM”-də işləyən 50%-dən 75%-dək insan “Lenovo ThinkPad” qurğularlını “MacBook”-a dəyişdirə bilərlər. Bu ilin iyun ayının sonuna olan məlumata əsasən, “IBM”-in ştatında 380 minədək insan olub.
Aynur Vəliyeva
Baxış sayı: 528
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır