Tarix:05/08/15
BTRİB-in baş mütəxəssisi Elman Qədirovun verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) qərargahına qədər xətt şəbəkəsində parametrlərin ölçülməsi, müəyyən istiqamətlərdə optik kabellərin, əlavə kameraların qurulacağı ehtimal olunan məntəqələrin yerləşdiyi ərazilərdə texniki imkanın mövcudluğu ilə bağlı təhlillərə başlanılıb.
“Artıq bununla bağlı rəhbərlik tərəfindən tapşırıqlar verilib. Ötən seçkilərin təcrübəsinə uyğun işlərə başlanılıb. Paytaxtda yerləşən 296 seçki məntəqəsində Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən qurulan kameraların texniki imkanlığı dəyərləndirilir. Qeyd edim ki, seçki günündə bütün məntəqələr kameralarla tam təmin olunacaq. Ona görə də MSK-nın saytı vasitəsi ilə seçki prosesini izləmək istəyən şəxslər hər hansı bir problemlə qarşılaşmayacaqlar”.
Regionlar üzrə isə Naxçıvan MR də daxil olmaqla 1000-dən yuxarı seçki məntəqəsinin kameralarla təchiz olunacağı gözlənilir.
“Aztelekom” MMC-nin texniki direktoru Zahir Vəliyev də öz növbəsində bununla bağlı yerli qovşaqlara müvafiq tapşırıqlar verildiyini bildirdi.
“Regionlar üzrə ötən illərdə kameralarla təchiz ediləcək məntəqələrlə yanaşı əlavə məntəqələrə də avadanlıqlar qurulması gözlənilir. Bu baxımdan MSK-nın qərarını gözləmədən texniki tədbirlərimizi aparırıq”.
Qeyd edək ki, seçki günü istər Azərbaycan vətəndaşları, istərsə də dünyanın digər yerlərində yaşayan insanlar Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq Azərbaycanda keçirilən seçki prosesini izləyə bilər.
RƏVAN
Seçki məntəqələrinin müşahidə kameraları ilə təchizatı istiqamətində texniki işlərə başlanılıb
“Aztelekom” MMC və Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən ölkədə keçiriləcək parlament seçki məntəqələrinin müşahidə kameraları ilə təchizatı istiqamətində texniki işlərə başlanılıb.BTRİB-in baş mütəxəssisi Elman Qədirovun verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) qərargahına qədər xətt şəbəkəsində parametrlərin ölçülməsi, müəyyən istiqamətlərdə optik kabellərin, əlavə kameraların qurulacağı ehtimal olunan məntəqələrin yerləşdiyi ərazilərdə texniki imkanın mövcudluğu ilə bağlı təhlillərə başlanılıb.
“Artıq bununla bağlı rəhbərlik tərəfindən tapşırıqlar verilib. Ötən seçkilərin təcrübəsinə uyğun işlərə başlanılıb. Paytaxtda yerləşən 296 seçki məntəqəsində Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən qurulan kameraların texniki imkanlığı dəyərləndirilir. Qeyd edim ki, seçki günündə bütün məntəqələr kameralarla tam təmin olunacaq. Ona görə də MSK-nın saytı vasitəsi ilə seçki prosesini izləmək istəyən şəxslər hər hansı bir problemlə qarşılaşmayacaqlar”.
Regionlar üzrə isə Naxçıvan MR də daxil olmaqla 1000-dən yuxarı seçki məntəqəsinin kameralarla təchiz olunacağı gözlənilir.
“Aztelekom” MMC-nin texniki direktoru Zahir Vəliyev də öz növbəsində bununla bağlı yerli qovşaqlara müvafiq tapşırıqlar verildiyini bildirdi.
“Regionlar üzrə ötən illərdə kameralarla təchiz ediləcək məntəqələrlə yanaşı əlavə məntəqələrə də avadanlıqlar qurulması gözlənilir. Bu baxımdan MSK-nın qərarını gözləmədən texniki tədbirlərimizi aparırıq”.
Qeyd edək ki, seçki günü istər Azərbaycan vətəndaşları, istərsə də dünyanın digər yerlərində yaşayan insanlar Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq Azərbaycanda keçirilən seçki prosesini izləyə bilər.
RƏVAN
Baxış sayı: 589
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır