Tarix:05/08/15
CASCFEN sədri Azər Həsrət İsmayıllı rayonunda seminarın keçirilməsinin təsadüfi olmadığını deyib: “Biz İsmayıllı müəllimlərinin yeni texnologiyalara olan marağını nəzərə alaraq, bu rayonu da layihəmizə daxil etmişik. Bilirik ki, rayonun müəllimləri istər rayon, istərsə də ölkə səviyyəsində belə proqramlarda həvəslə iştirak edirlər, çoxlu uğurlara imza atıblar. O baxımdan düşündük ki, seminarımız üçün ən uyğun iştirakçıları elə bu rayondan tapa bilərik.”
Seminarın eksperti, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı isə çıxışında qeyd edib ki, İsmayıllı hər zaman Azərbaycan dövlətçiliyi tarixində öz rolunu oynayıb. Bölgənin insanlarının istiqanlı və pozitiv olmasına diqqət çəkən Əkbər Qoşalı İsmayıllıdakı inkişafın da nəzərdən qaçmadığını vurğulayıb.
Daha sonra ekspert Azər Həsrət onlayn ifadə azadlığına təminat verən beynəlxalq və milli normalar haqqında qeydlərini edib. O, ayrı-ayrı örnəklərlə bu sahədə qarşıya çıxa biləcək problemlərdən də danışıb.
Ekspert Əkbər Qoşalı isə Azərbaycanda sosial şəbəkə istifadəçiləri arasında tez-tez rast gəlinən hallardan örnəklər verməklə ortaya çıxan problemlər haqqında təcrübəsini paylaşıb. Bundan sonra Azər Həsrət netiketin 10 qızıl qaydası haqqında geniş bilgi verib.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Həqiqət İSABALAYEVA
“Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda növbəti seminar keçirilib
“Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda növbəti seminar İsmayıllıda baş tutub. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi seminar Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) tərəfindən keçirilib.CASCFEN sədri Azər Həsrət İsmayıllı rayonunda seminarın keçirilməsinin təsadüfi olmadığını deyib: “Biz İsmayıllı müəllimlərinin yeni texnologiyalara olan marağını nəzərə alaraq, bu rayonu da layihəmizə daxil etmişik. Bilirik ki, rayonun müəllimləri istər rayon, istərsə də ölkə səviyyəsində belə proqramlarda həvəslə iştirak edirlər, çoxlu uğurlara imza atıblar. O baxımdan düşündük ki, seminarımız üçün ən uyğun iştirakçıları elə bu rayondan tapa bilərik.”
Seminarın eksperti, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı isə çıxışında qeyd edib ki, İsmayıllı hər zaman Azərbaycan dövlətçiliyi tarixində öz rolunu oynayıb. Bölgənin insanlarının istiqanlı və pozitiv olmasına diqqət çəkən Əkbər Qoşalı İsmayıllıdakı inkişafın da nəzərdən qaçmadığını vurğulayıb.
Daha sonra ekspert Azər Həsrət onlayn ifadə azadlığına təminat verən beynəlxalq və milli normalar haqqında qeydlərini edib. O, ayrı-ayrı örnəklərlə bu sahədə qarşıya çıxa biləcək problemlərdən də danışıb.
Ekspert Əkbər Qoşalı isə Azərbaycanda sosial şəbəkə istifadəçiləri arasında tez-tez rast gəlinən hallardan örnəklər verməklə ortaya çıxan problemlər haqqında təcrübəsini paylaşıb. Bundan sonra Azər Həsrət netiketin 10 qızıl qaydası haqqında geniş bilgi verib.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 551
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır